• şənbə, 20 Aprel, 15:01
  • Baku Bakı 23°C

Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək

11.03.19 14:08 1289
Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək
15-16 mart 2019-cu il tarixlərində Bakı şəhərində 3-cü Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək. Simpozium inkişaf etməkdə olan Azərbaycan səhiyyəsinə öztöhfəsini göstərməklə yanaşı tibbimizin və xüsusi ilə də milli radiologiya sahəmizin dünya tibb elmində yaxın gələcəkdə daha da inkişafı üçün Milli Onkologiya Mərkəzinin xüsusi dəstəyi ilə keçirilir.Budəfəki tədbirdə xüsusi ilə onkoloji xəstəliklərin müasir diaqnostikasından və ən son müalicə metodlarından danışılacaqdır.
Tədbirdə Almaniya modeli misalında müasirserebrovaskulyar mərkəzin təşkili və Almaniyadan dəvət olunan qonaqların, Prof. Dr. med. AnastasiosMpotsaris, Dr. med. Nuran Abdullyev, Priv.-Doz. Dr. med. Volker Maus, Dr. med. BabakRostamzadeh və Priv. -Doz. Dr. med. Christof M. Sommer, bu sahədə etdiyi ən son elmi yeniliklərdən söhbət açılacaqdır. Tədbirdə iştirak edən yerli mütəxəssislər də, Anar Kazımov, PhD, Fuad Novruzov,PhD və Rasim Babayev, PhD, müxtəlif onkoloji xəstəliklərin diaqnostikasında və müalicəsində ən sonelmi və praktiki bilikləri iştirakçılarla paylaşacaqlar. Simpozium çərçivəsində Azərbaycanda ilk dəfə olaraq beyin damarlarının anevrizmasının müalicəsində tətbiq edilən ən müasir metodlar praktikitəlim şəklində („workshop") Zəfəran klinikasında iştirakçılara təqdim ediləcək.
Simpozium çərçivəsində qürurverici daha bir ilk Almaniyada qurulmuş və prezidenti həmyerlimiz tibb elmləri doktoru Nuran Abdullayev olan Alman-Azərbaycan Radioloji və Neyroradiolji Cəmiyyətininüzvlərinin və qurucularının ilk toplantısının Bakıda keçirilməsidir.
Xatırladaq ki, Simpoziumun prezidenti Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin baş direktoru Akademik, Prof.Cəmil Əziz oğlu Əliyev və Prof. Dr. med. Anastasios Mpotsaris-dir.
Tədbir mart ayının 15-i saat 09:00-da Fəxri Xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlayacaq, daha sonra isə Milli Onkologiya Mərkəzində davam edəcəkdir.

Qeydiyyat üçün: http://www.ga-symposium.com/





banner

Oxşar Xəbərlər