Ailənin müqəddəs təsviri
"Anna Karenina” romanında "ailə düşüncəsi” insan
münasibətlərində saysız tipləri vurğulamağa müvəffəq olan müəllif üçün əsas
məsələ olmuşdur. Hadisələr Oblonskilərin evində başlayır. Sonrakı səhnələrdə
təsvir edilən ərinin həssaslığı Annanın həyatını məhv edir. Əsərdəki digər
qadın obrazları Betsi Tverskaya, Liza Merkalova, Safo Ştolts azad yaşayır,
məşuqlarının sayı-hesabı yoxdur. Təkcə Levinin gənc ailəsində hələ ki, hər şey
qaydasındadır, müntəzəmdir. Burada həmçinin utandığından arvadı ilə yaxınlıq
etməyən, amma yavaş-yavaş sabit şəkildə yaşamağa məcbur qalan kəndlinin ailə
həyatının təsvirindən də zövq almaq mümkündür.
Tolstoyun fikrincə, qadın zəif qüvvə hesab edilsə də onun ailənin həyatındakı rolu son dərəcə əhəmiyyətlidir. Ailə prinsipləri və dəyərləri hətta ali cəmiyyətdə də yoxa çıxmırdı, sadəcə islahatlar gedirdi. Əksər hallarda ər ailə başçısı, arvadı onun köməkçisi idi, övladlar valideynlərə pərəstiş edirdi. Arvad heç olmasa cəmiyyət arasında ərinə ehtiram nümayiş etdirməli idi.
Həmin dövrdə cütlüklər heç də həmişə bir-birinə etibar etmirdilər. Bu, onların toya qədər bir-birini nə qədər tanımaqlarından, ümumi maraqlarının olmasından asılı idi. Əlbəttə ki, bir yandan hər iki tərəf digər yarının cəmiyyətin heyranlığına səbəb olmasını istəsə də, qısqanclıq duyğusu da yaşayırdılar.
Kareninlər ailəsində "uşaq” mövzusunun təsnifatına gəldikdə onların tərbiyəsində valideynlərdən birinin daha diqqətli olduğunu qeyd etməliyik. Annanın ailədən uzaqlaşmasına qədər atanın oğlunun tərbiyəsinə xüsusi marağını görmürük. Məhz anası Seryojanın dərsləri ilə maraqlanır və uşağı tərbiyə edərkən onu sevgi ilə əhatə edir. Tolstoy romanda Annanın Seryoja ilə səhnələrinə daha çox önəm verir. Bu səhnələrdə o qədər səmimilik və incəlik var, ananın hissləri o qədər dərin və dürüstdür ki, obrazlar qarşımızda canlı təki dayanır.
Seryojanın anası ilə görüşdən bir il sonrakı hərəkətləri də heyrət doğurur. Biz artıq onu gimnaziya şagirdi olaraq qarşılayırıq, o, xeyli dost qazanıb və müəllimlərin fikrincə elmləri daha yaxşı mənimsəyir. Lakin, müəllif həm də qeyd edir ki, Seryoja anasına qarşı hisslərini özündən və ətrafından gizlətməyi öyrənmişdi, hərəkətlərində dürüstlük azdır.
Kareninlər ailəsi etibarsız təməl üzərində bərqərar olduğu üçün dağılmağa məhkum oldu. Anna və Karenin maddi vəziyyət, yaş baxımından fərqlidirlər, cütlük arasında həqiqi sevgi, münasibətlərində səmimi hisslər, ümumi maraqlar yoxdur. Öz bürokratik sferasına alışmış Karenin Annanın nə hiss etdiyinin fərqinə varmır, o isə öz növbəsində ərinin maraqlarını anlamırdı və həqiqi ailə həyatının sevinclərindən məhrum idi. Kareninin yalanlarına, qeyri-səmimiliyinə, laqeydliyinə nifrət edir. Nəticədə isə ailə dağılır.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
Tolstoyun fikrincə, qadın zəif qüvvə hesab edilsə də onun ailənin həyatındakı rolu son dərəcə əhəmiyyətlidir. Ailə prinsipləri və dəyərləri hətta ali cəmiyyətdə də yoxa çıxmırdı, sadəcə islahatlar gedirdi. Əksər hallarda ər ailə başçısı, arvadı onun köməkçisi idi, övladlar valideynlərə pərəstiş edirdi. Arvad heç olmasa cəmiyyət arasında ərinə ehtiram nümayiş etdirməli idi.
Paytaxtdan uzaqlıq ənənənin təsirinin güclü olması
deməkdi. XVIII əsrin Ev qurucusu adlandırılan V.N.Tatişşev (Vasili Nikitiç
Tatişşev – tarixçi, coğrafiyaçı, dövlət xadimi – 1686-1750 – X.N.) öz məşhur
vəsiyyətində həyat yoldaşı (arvad) seçmək haqqında yazırdı: "həyat yoldaşı
seçərkən əcdadlarından məsləhət istəmək lazımdır”. Qadına münasibətdə isə
mülayimlik və mərhəmət göstərmək gərəkdir, amma onun hökmünə tabe olmaz olmaz.
Həyat yoldaşları bir-birinə hörmət bəsləməli, nəzakətli olub, xoş söz
söyləməli, diqqət göstərməlidir. Ədəb qaydalarına riayət etmək vacib idi.
Adətən ailənin başçısı ər hesab edilirdi, lakin bəzi hallarda idarəçilik rolu
qadına məxsus olurdu.
XIX əsrdə nikahlar həm sevgi, həm də maddiyyat
üzərində qurulurdu. Müvafiq olaraq ailələrdəki ünsiyyət üslubları və bir-birinə
müraciət formaları müxtəlif olurdu: "sən” və ya (əgər cütlük bir-birindən ruhən
çox uzaqdırsa) "siz”lə...
Gəlin, romanda cütlüklərin qarşılıqlı münasibətini
nəzərdən keçirək. Anna artıq səkkiz ildir ki, həyat yoldaşı və anadır, kübar
cəmiyyət və insanlar arasında yüksək ağlı ilə seçilir, onda qəddarlıq, insan
münasibətlərində sui-istifadə halları, ailə, ictimai şərtlər və vəzifələrin, o
cümlədən, onların pozulmasının araşdırılması düşüncəsinə rast gəlinmir. Bu
qadının və ananın əlbəttə ki, yaxın insanlarla möhkəm bağları, həyatda bəlli
məqsədləri var. Əri bunları ona xatırlatsa, barələrində bəhs etsə belə,
faydasızdır. Vronski ilə görüş zamanı qadında heç bir tərəddüd
və şübhə görünmür. Qədəm basdığı cığırın onu hara aparacağı haqqında özünə sual
vermir. Bu qadın və anada təkcə Vronski ilə yaxınlıq zamanı ona hakim kəsilən
yüngül utancaqlıq hissini nəzərə almasaq – özü ilə daxili mübarizənin heç bir
əlaməti görünmür. Qardaşı Oblonskini xatırlatdığı bu xüsusiyyəti ilə həmin
hərəkəti xarakterdəki "yüngüllük” adlandırmaq olar.
Karenin – müəllifin onu təsvir etdiyi kimi bir çox
üstün keyfiyyətlərə malik insan olmasına baxmayaraq, Annanın əri ilə birgə
həyatının səkkiz ili onlar arasında möhkəm, mənəvi bağlılıq yaratmadı. Ərinə
münasibətdə Anna özü də hiss etmədən qeyri-səmimi duyğular bəsləyirdi – müəllif
söyləyir. Anna daxil olduğu cəmiyyətin qadınları arasında seçilir, ağlı,
düzlüyü, vicdanı, yalana nifrəti, mənəvi və fiziki gözəlliyi, zəngin daxili
aləmi sayəsində onlardan üstün pillədə dayanırdı. Ancaq Vronski ilə görüşdən
sonra Peterburqa qayıtdıqda o, bu hissi aydın şəkildə, əzabla qavradı. Anna
sevmədiyi, ondan iyirmi yaş böyük şəxsə ərə getmişdi. Vronskinin maraqları və
həyatda məqsədi də Anna üçün aydın deyildi, lakin hərb, atlar, yoldaşlıq ərinin
inzibati, siyasi və elmi işlərlə məşğul olmasından daha rahat qavranılırdı. Cəmiyyət Annanın Vronskini aşkarcasına sevməsinə və
onun "ədalətli” adlandırılmasına etinasız yanaşa bilməzdi. Bir çoxları Annaya
qarşı nifrətlərini püskürmək üçün məqam gözləyirdilər. Vronskinin anası ilk
başda Karenina ilə oğlunun sevgisinə etiraz etməsə də, sonra baş verənlərə
qarşı münasibətini dəyişir. Bu, çətin, cazibəli, kübarlıqdan uzaq, amma
qeyri-adi, ehtiraslı, mürəkkəb münasibətdir.
Anna xoşbəxt ailə həyatı arzusundadır, amma başa
düşür ki, arzusunun həyata keçməsi üçün onun imkanları həddən artıq azdır. Həmin dövrdə cütlüklər heç də həmişə bir-birinə etibar etmirdilər. Bu, onların toya qədər bir-birini nə qədər tanımaqlarından, ümumi maraqlarının olmasından asılı idi. Əlbəttə ki, bir yandan hər iki tərəf digər yarının cəmiyyətin heyranlığına səbəb olmasını istəsə də, qısqanclıq duyğusu da yaşayırdılar.
Kareninlər ailəsində "uşaq” mövzusunun təsnifatına gəldikdə onların tərbiyəsində valideynlərdən birinin daha diqqətli olduğunu qeyd etməliyik. Annanın ailədən uzaqlaşmasına qədər atanın oğlunun tərbiyəsinə xüsusi marağını görmürük. Məhz anası Seryojanın dərsləri ilə maraqlanır və uşağı tərbiyə edərkən onu sevgi ilə əhatə edir. Tolstoy romanda Annanın Seryoja ilə səhnələrinə daha çox önəm verir. Bu səhnələrdə o qədər səmimilik və incəlik var, ananın hissləri o qədər dərin və dürüstdür ki, obrazlar qarşımızda canlı təki dayanır.
Oğlu ilə ayrılan Annanın çıxılmaz vəziyyəti,
əzabları, anası ilə görüşən Seryojanın sevinci – bütün bunlar bədii cəhətdən
möhtəşəm təsvir edilib.
Yalnız sevgi ilə dolu, analıq vəzifəsini dərindən
anlayan qadın oğlu ilə görüşü bu qədər həyəcanla gözləyə bilərdi: görüşdən
aldığı fərəh və sevinc, ayrılığın əzabı nəhayətsizdir. Bədii ədəbiyyatda analıq
hisslərinin, uşaq həyəcanlarının bu qədər dərindən təsvirinə dair nümunə
yoxdur. Tolstoy üçün ana Anna obrazı olduqca qiymətli idi və onun yaranmasına
bütün istedadını sərf etmişdi. Seryojanın anası ilə görüşdən bir il sonrakı hərəkətləri də heyrət doğurur. Biz artıq onu gimnaziya şagirdi olaraq qarşılayırıq, o, xeyli dost qazanıb və müəllimlərin fikrincə elmləri daha yaxşı mənimsəyir. Lakin, müəllif həm də qeyd edir ki, Seryoja anasına qarşı hisslərini özündən və ətrafından gizlətməyi öyrənmişdi, hərəkətlərində dürüstlük azdır.
Övladlar valideynlərə nəvaziş və hörmətlə müraciət
edirdilər: anacan, anam mənim, əzizim, onlara adətən "siz” bəzən də "sən” deyə
müraciət edirlər. Valideynlər də öz sevgilərini övladlara müraciət etdikdə bəlli
edirdilər: "əziz və sevimli balalarım, "ruhum mənim”, "mənim mələyim”.
Uşaqların da öz məşğuliyyəti vardı. Valideynlər
övladlarına özlərinə xas düşüncə və hisslər aşılayırdılar. Əgər uşaq ailədə
istilik və sevgi atmosferində yaşayırsa, uşağın maraqları valideynlərin
maraqlarına çevrilirsə, əgər valideynlər müdafiəçiyə, dosta və məsləhətçiyə
çevrilirsə, uşaq da böyüdükdən sonra təşəbbüs, aktivlik, müstəqillik və
insanlara etibar nümayiş etdirir . Oğlanlarla qızları müxtəlif tərzdə tərbiyə
verirdilər. Qızlara fiziki cəza verilmirdi, amma hər ikisi ciddi nəzarət
altında idi. Uşaq valideynləri ilə səyahət edərək bir çox şeylərdən xəbərdar
olur, tez-tez yer-məkan dəyişmə və uzun yollar daha artıq məlumatın
toplanmasına səbəb olurdu. Evə uzaq qohumların tərbiyə məqsədi ilə çağırılması
adəti də diqqətəlayiq idi.
Valideynin uşağa münasibəti uşağın yaşından və
cinsindən asılı idi. Ata-analar oğul və qızları, yeni doğulan və yeniyetmələri eyni
qaydada qəbul edib münasibət bəsləmirlər. Bundan başqa, onların qarşılıqlı
münasibəti konkret sosial şərtlərdən asılıdır. Beləliklə, evli cütlüklərin
qarşılıqlı münasibəti onların xarakterindən, tərbiyəsindən və ən əsası
sevgidən, dostluqdan, bir-birinə etibar etməsindən asılı idi. Xarici
mədəniyyəti uşağın ailədə valideynləri və tərbiyəçilərindən aldığı daxili
ədəb-ərkan təyin edirdi. XIX əsr uşaqlıq mədəniyyəti ünsiyyət mədəniyyətini
analiz etmək nöqteyi-nəzərindən növbəti əlamətlərlə xarakterizə olunur:
övladların valideynlərə hörmət və ehtiram bəsləməsi, onların pravoslav, patriot
ruhunda tərbiyə alması. Onlar təbii ki, mülkədar mədəniyyətinin təmsilçiləri
olmalı idilər.
XIX əsrin ikinci yarısında uşaqları ərköyün
etmirdilər, amma böyüklər onlara etinasız da yanaşmırdılar, digər
mədəniyyətlərin təmsilçilərini, digər dünyagörüşünə malik insanları – əcnəbi
tərbiyəçiləri dəvət edirdilər, öz varislərini Vətənə layiqli vətəndaş kimi
yetişdirməyə, ən əsası isə cəmiyyətdə davranışın norma və standartlarını bilən,
ierarxiya pilləsində özünə layiqli yer tutmasına, imkan olduqda isə daha da
yüksəklərə qalxmasına çalışırdılar. Burada biz yenidən daxili və xarici
mədəniyyətlərin qarşılaması ilə üz-üzə gəlirik, uşaq davranış qaydalarını,
valideynlərlə ünsiyyəti qəbul edir, bununla da valideynlərin nəciblik,
alicənablıq kimi keyfiyyətləri nə qədər yaxşı inkişaf etmişsə, uşağın daxili
dünyası o qədər inkişaf edər və təbii ki, onun hərəkətləri də qanunauyğun
olaraq daha müsbət olar. Kareninlər ailəsi etibarsız təməl üzərində bərqərar olduğu üçün dağılmağa məhkum oldu. Anna və Karenin maddi vəziyyət, yaş baxımından fərqlidirlər, cütlük arasında həqiqi sevgi, münasibətlərində səmimi hisslər, ümumi maraqlar yoxdur. Öz bürokratik sferasına alışmış Karenin Annanın nə hiss etdiyinin fərqinə varmır, o isə öz növbəsində ərinin maraqlarını anlamırdı və həqiqi ailə həyatının sevinclərindən məhrum idi. Kareninin yalanlarına, qeyri-səmimiliyinə, laqeydliyinə nifrət edir. Nəticədə isə ailə dağılır.
Anna kimi Karenin də xalqdan uzaqlaşan kübar
cəmiyyətə məxsusdu, cəmiyyətin bu kəsiminə isə ailə münasibətlərinin iflası
daha xarakterik idi.
Ada Yuryevna Çeklenkova
Mənbə: cyberleninka.ru
Rus dilindən tərcümə edən: Xatirə Nurgül