• cümə, 19 Aprel, 05:22
  • Baku Bakı 18°C

Aİ sülh sazişinin həyata keçirilməsini dəstəkləyəcək

19.05.22 09:45 641
Aİ sülh sazişinin həyata keçirilməsini dəstəkləyəcək

Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunacağı təqdirdə onun həyata keçirilməsini dəstəkləyəcək.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell deyib.

"Bu razılaşma əldə olunarsa, həqiqətən də çox şad olardıq. Və biz bu razılaşmanın əldə olunmas üçün hər iki tərəflə işləyirik. Biz hələ bundan uzağıq. Amma bu baş verərsə, Avropa İttifaqı sazişin həyata keçirilməsini dəstəkləmək üçün əlindən gələn köməyi göstərəcək", - deyə C.Borrel bildirib.

banner

Oxşar Xəbərlər