ABŞ Energetika Nazirliyi 2020-ci il üçün Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

ABŞ Energetika Nazirliyi 2020-ci il üçün Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

İqtisadiyyat
15 Dekabr 2019, 10:07 558
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) dekabr ayında enerji bazarının icmalında dərc edilmiş proqnoza görə, 2019-cu ildə Azərbaycanda neft və kondensat hasilatı gündə orta hesabla 0,79 milyon barel təşkil edəcək.
 
EIA-nın proqnozlarına görə, 2019-cu ilin dördüncü rübündə hasilatın gündə 0,76 milyon barel olacağı gözlənilir.
EIA-nın göstəricilərinə görə, 2019-cu ilin dördüncü rübündə hasilatın gündə 0,76 milyon barel təşkil edəcəyi gözlənilir.
 
Azərbaycanda neft və kondensat hasilatının 2020-ci il üçün rüblük proqnozu belədir: 2020-ci ilin birinci və ikinci rüblərində gündə 0.77 milyon barel və 0.76 milyon barel, üçüncü və dördüncü isə gündə 0.75 milyon barel.
 
EIA-nın məlumatına görə, 2018-ci ildə Azərbaycanda neft və kondensat hasilatının həcmi gündə 0,81 milyon barel təşkil edib.
Qeyd edək ki, Azərbaycanda neft hasilatının əsas həcmi "Azəri Light" markalı yüngül neft hasil edən "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun payına düşür.