• çərşənbə, 24 Iyul, 22:38
  • Baku Bakı 30°C

ABŞ: "COP Sədrliyi ilə əlaqə saxlamağa davam edəcəyik"

08.06.24 00:22 1972
ABŞ: "COP Sədrliyi ilə əlaqə saxlamağa davam edəcəyik"

ABŞ Azərbaycanın COP komandası ilə bir neçə yüksək səviyyəli görüşlər keçirib və tədbirin uğurlu nəticələrinə doğru COP Sədrliyi və digər tərəflərlə əlaqə saxlamağa davam edəcək. Bu barədə "Report"un sorğusuna cavabında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.

O qeyd edib ki, ABŞ Azərbaycanı qalıq yanacaqlardan uzaqlaşmaq istiqamətində tarixi COP28 qərarları da daxil olmaqla kritik iqlim məqsədlərinə nail olacaq şəkildə COP29-a sədrlik etməyə təşviq edir: “Biz artıq Azərbaycanın COP komandası ilə bir neçə yüksək səviyyəli görüş keçirmişik. Tədbirin uğurlu nəticələrinə doğru COP Sədrliyi və digər tərəflərlə əlaqə saxlamağa davam edəcəyik".

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ABŞ-nin COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazır olduğunu bildirmişdi.

 

banner

Oxşar Xəbərlər