AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib

5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib

Cəmiyyət
29 Dekabr 2020, 20:30 421
Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5203 hərbi qulluqçu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 56-sı polkovnik-leytenantdır.