• çərşənbə, 24 Aprel, 20:09
  • Baku Bakı 23°C

“2783…” adlı pyes müsabiqəsinin nəticəsi elan edilib

25.05.22 09:55 777
“2783…” adlı pyes müsabiqəsinin nəticəsi elan edilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Qarabağ - Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticəsi elan edilib.

Kaspi.az xəbər verir ki, 44 günlük Zəfər savaşımızdan və tarixi qələbəmizdən sonra elan olunan müsabiqənin şərtlərinə görə, təqdim edilən əsərlər tarixi zəfərin, Qarabağ qələbəsinin ab-havasını, bu önəmli hadisənin bütövlükdə ölkənin və ayrı-ayrı insanların həyatına, düşüncələrinə təsirini əks etdirməli idi.

Müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin «Balaca kişilər» pyesi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub.

Qeyd edək ki, qalib pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq. Həmçinin müsabiqənin şərtlərinə görə, əsər «Azərbaycan» dərgisində işıq üzü görəcək. 

banner

Oxşar Xəbərlər