• cümə, 19 Aprel, 18:12
  • Baku Bakı 24°C

ABŞ-dakı aktiv qazma qurğularının sayı artır

12.10.19 15:15 543
ABŞ-dakı aktiv qazma qurğularının sayı artır
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd artaraq 856 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 207 ədəd azalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd artaraq 712 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 157 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da 1 ədəd azalaraq 143 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 50 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
banner

Oxşar Xəbərlər