çərşənbə, 17 Avqust, 18:42

Baku Bakı 34°C

Ağ Ev Çini koronavirus barədə məlumatları gizlətməkdə ittiham edib

icon 104 icon 29 iyul 2022 | 10:45 Ağ Ev Çini koronavirus barədə məlumatları gizlətməkdə ittiham edib

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Çini koronavirus infeksiyasının mənşəyi ilə bağlı bəzi məlumatları bilərəkdən gizlətməkdə ittiham edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden Çin Sədri Si Cinpinlə telefon danışığı zamanı bu mövzunu müzakirə edib.

Karin Jan-Pyer bildirib ki, Vaşinqton dəfələrlə rəsmi Pekinin elm və səhiyyə sahələrində vacib məlumatları düzgün şəkildə yaymadığını vurğulayıb: “Qeyd etdiyimiz kimi, pandemiyanın mənşəyi ilə bağlı dəqiq nəticələrə gəlmək üçün beynəlxalq ictimaiyyətə daha çox məlumat lazımdır. Çinin tam məlumat verməsini və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq etməsini təmin etmək üçün tərəfdaşlarla işləməyə davam edirik”.