• çərşənbə, 24 Aprel, 02:40
  • Baku Bakı 14°C

3 oktyabr Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

03.10.22 15:15 746
3 oktyabr Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan dünyasını dəyişir. Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb etmək və həll yollarını müəyyən etmək üçün hər il 3 oktyabr tarixi Ümumdünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd edilir.

Kaspi.az İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, spirtli içkilərə həddən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Müntəzəm olaraq içki içən kişilərin təxminən üçdəbir hissəsi impotensiyadan əziyyət çəkir, qadınlarda reproduktiv funksiyanın fəaliyyəti zəifləyir, dünyaya gətirdikləri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır. Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqolun istifadəsi ilə əlaqədardır.

Alkoqol aludəçiliyi sağlamlığa vurduğu zərərdən əlavə, eyni zamanda bütövlükdə cəmiyyətin sosial və iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

banner

Oxşar Xəbərlər