• çərşənbə, 24 Aprel, 16:15
  • Baku Bakı 27°C

Zərurətdən yaranan məhdudiyyət və qadağalar anlayışla qarşılanır

18.06.20 20:40 6786
Zərurətdən yaranan məhdudiyyət və qadağalar anlayışla qarşılanır
Ekspertlər Azərbaycandan fərqli olaraq, dünyanın heç bir ölkəsində xaricdən gələn vətəndaşların dövlət hesabına karantində saxlanmadığını vurğulayırlar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 17iyuntarixli, Cenevrə vaxtı ilə saat09:00-a (Bakı vaxtı 12:00) olan statistikasına görə, dünyada8 061 550nəfər yeni növ koronavirusa yoluxub,440 290nəfər bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində119 759insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə5494nəfər artıb. ÜST-ün məlumatına görə, Şimali və Cənubi Amerika regionu yoluxanların sayına görə birinci yeri tutur–3 899 859yoluxmavə205 555ölüm. Sutka ərzində burada yoluxanların sayı58 250, ölənlərin sayı 1981nəfər artıb.Avropada ümumilikdə2 452 247nəfər koronavirusa yoluxub,189 582nəfər ölüb.Sutka ərzində burada yoluxanların sayı18 063, ölənlərin sayı803nəfər artıb. Yoluxmasayı üzrəüçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur.Burada817 458yoluxma,18 057ölüm faktı qeydə alınıb. Sutka ərzində burada yoluxanların sayı20 699, ölənlərin sayı 499nəfər artıb. ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 2 098 106 nəfər. Onun ardınca Braziliya (888 271), Rusiya (553 301), Hindistan (354 065), Böyük Britaniya (298 140), İspaniya (244 328), İtaliya (237 500), Peru (232 992), İran (192 439) və Almaniya (188544) gəlir.

Pandemiyanın getdikcə daha geniş vüsət alması nəzərə alınaraq, artıq bir sıra ölkələr sərt karantin rejiminin tətbiqinə, digərləri karantinin müddətini uzatmağa başlayıb. Misal üçün, Almaniyada bütün kütləvi tədbirlər koronavirus səbəbindən oktyabrın sonunadək ləğv edilib. Baş Nazir Markus Zeder bildirib ki, payızda, karnaval mövsümü ərəfəsində hökumət yenidən bu məsələni müzakirə etmək niyyətindədir. O, bu məsələdə çox ehtiyatlı olduğunu söyləyib. Qeyd etmək yerinə düşər ki, indiyədək Almaniyada 188544 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 8910-u vəfat edib, 173600-ü sağalıb. Tibb müəssisələrində 6034 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 419-nun vəziyyəti ağır qiymətləndirilir.Ukraynada da koronavirusla bağlı vəziyyət pisləşdiyindən, karantin müddəti iyulun 31-dək uzadılıb. Baş Nazir Denis Şmıqal hökumətin çərşənbə günü keçirdiyi iclasında deyib ki, lazım gələrsə, hökumət ayrı-ayrı bölgələrdə gücləndirilmiş karantin tətbiq etmək imkanını nəzərdən keçirəcək. Xatırladaq ki, indiyədək Ukraynada 33 234 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 943-ü vəfat edib, 14 943-ü sağalıb. Tibb müəssisələrində 17 348 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 327-si ağır vəziyyətdədir.

Bütün bu gerçəkliklər fonunda Azərbaycanda da karantin rejiminin tətbiqi, uzun müddətli olması, koronavirusun ölkə ərazisində geniş yayılmasının - yoluxmanın qarşısını almaq üçün əlavə tədbirlərin həyata keçirilməsi aktualdır. Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov mövzu ilə bağlı bildirib ki, koronavirus infeksiyası (COVID-19) bütün dünyada yaşayan insanların hər birini narahat edir. Deputatın sözlərinə görə, pandemiyanın elan olunmasından bir neçə ay vaxt keçməsinə baxmayaraq, bu xəstəliyə yoluxma və ölüm göstəriciləri artmaqda davam edir: "Dünyada COVID-19-a yoluxanların sayı artıq 8 milyonu ötüb. Bu xəstəlikdən dünyasını dəyişənlər isə 440 min nəfərdən çoxdur. Dünyada genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyəti sabitləşdirmək hələ ki mümkün olmayıb. Digər xəstəliklərin göstəricilərindən fərqli olaraq, koronavirusun bir neçə xarakterik xüsusiyyəti var. Bunlardan biri bu virusun insanlar arasında son dərəcədə sürətlə yayılma potensialının olmasıdır. İkincisi, bu xəstəliyin inkubasiya dövrünün xeyli uzun olmasıdır. Bu dövr 7-14, hətta 21 günü əhatə edir. Təsəvvür edin ki, xəstəliyə yoluxmuş bir insan 7-14 gün ərzində xəstəliyin əlamətini hiss etmədən insanlar arasında dolaşır və yüzlərlə insanı həmin virusa yoluxdurur. Bu da xəstəliyin artmasında əsas səbəblərindən biridir. Digər bir səbəb virusa qarşı spesifik müalicənin və peyvəndin hələ də tapılmamasıdır. Ona görə də infeksiya ilə kifayət qədər effektli mübarizə apara bilmirik. Bu üç səbəb infeksiyanı kifayət qədər təhlükəli edir. Ölkəmizə gəldikdə, dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə və onun nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir. Koronavirusla mübarizə üçün 20-dən çox xəstəxana ayrılıb və xəstələrin müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanlıqlarla təmin ediliblər. Bu gün ölkəmizdə həmin xəstəxanaların çarpayı fondu artıq 7 mini keçib. Bunu əgər əhalinin sayına görə müqayisə etsək, dünyada ən yüksək göstəricilərdən biridir. Eləcə də "Yeni kilinika” və modul tipli xəstəxanaların da tikilib istifadəyə verilməsi bu mübarizədə çox əhəmiyyətlidir”.


Komitə sədri bildirib ki, xaricdən gətirilən vətəndaşlarla bağlı Azərbaycan təcrübəsi dünya üçün nümunədir: "Dünyanın heç bir ölkəsi xaricdən gələn vətəndaşlarını dövlət hesabına karantində saxlamır. Onlar ev şəraitində karantində saxlanılır. Amma Azərbaycanda xaricdən gətirilən vətəndaşlar dövlət hesabına müasir standartlara cavab verən otellərdə 7-14 gün karantində saxlanılır. Bizdə bu xəstələrin müalicə olunması üçün kifayət qədər dərman preparatları xarici ölkələrdən gətirilib. Onların bəziləri Çində, bəziləri Avropa ölkələrində istifadə olunan dərman preparatlarıdır. Ölkəmizdə koronavirus xəstələrinin dərmanla təmin olunmasında heç bir problem yoxdur. Laboratoriyalara gəlincə, ilk günlərdən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə ölkəmizdə olan laboratoriyalar modernizə olundu. İlk vaxtlarda testləşdirmə imkanımız yüksək deyildi. Amma bu gün ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən laboratoriyaların sayı 20-dən çoxdur. Bu laboratoriyalarda bir gün ərzində 5000-7000 test aparılır. Bu, əhalinin sayı ilə müqayisədə dünyada yüksək göstəricidir. Digər bir müsbət məqam tibbi maska və digər qoruyucu vasitələrin təminatı ilə bağlıdır. Bilirsiniz ki, ilk günlərdə tibbi maska, digər qoruyucu vasitələr ölkəmizə xaricdən gətirilirdi. Amma qısa vaxt ərzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə tibbi maska, digər qoruyucu vasitələr istehsal edən müəssisələrin açılışı oldu”.


Akademik Ə.Əmiraslanov deyib ki, dövlətimiz, Prezidentimiz koronavirusa qarşı uğurla mübarizə aparılması üçün hər şey edir. Millət vəkili buna rəğmən, son vaxtlar bəzi rəqəmlərin narahatlıq doğurduğunu da dilə gətirib: "Doğrudur, bu göstəricilər bir çox ölkələrlə müqayisədə xeyli yaxşıdır. Buna baxmayaraq, yoluxmanın artması bizi narahat etməyə bilməz. Mütəxəssislərin fikrinə görə, bunun əsas səbəbi karantin rejiminin yumşaldılması, bəzi insanların məsuliyyətsiz davranışlarıdır. Hər bir vətəndaş tibbi maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməli, sosial məsafə saxlamalıdır. Düşünürəm ki, ən böyük təhlükə bizim bəzi ziyalıların, hətta bəzi həkimlərin koronavirus infeksiyasının mövcudluğunu şübhə altına almasıdır. Bu çox böyük təhlükədir. Əgər həkimlərimiz, ziyalılarımız deyirsə ki ölkəmizdə koronavirus yoxdur, onda başqalarından nə gözləyək? Bu, təhlükəli tendensiyadır. Əgər belə məsuliyyətsiz olsaq, hansı nəticə ala bilərik? Hər bir xəstəliyin müalicəsindən daha asan onun profilaktikası, qarşısının alınmasıdır. Amma biz müşahidə edirik ki, stasionar müalicə üçün müraciət edən xəstələr bəzi hallarda ağırlaşmış formada olanlardır. Onlar ağırlaşmalarla xəstəxanaya gətirilirlər. Bu xəstəliyin əlamətini hiss edən insanlar mütləq təcili olaraq həkimlərə müraciət etməlidirlər. Mən əminəm ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verəcək, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr əldə edəcəyik”.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə bildirib ki, hazırda bütün dünyada yayılan, hətta bir çox dövlətlərin baş çıxarmaqda, mübarizə etməkdə acizlik çəkdiyi COVID-19 bəşəriyyət üçün ciddi təhlükəyə çevrilib: "Dünya dövlətləri pandemiyanın qarşısının alınması, tələfatların azaldılması üçün bütün səylərini ortaya qoyub. Bu məqsədlə bir sıra dövlətlərdə fövqəladə hal elan edilib, bəzi dövlətlərdə xüsusi karantin rejimi tətbiq olunub və bununla da xeyli insan hüquqları məhdudlaşdırılıb. Lakin həyatın, ömrün şirin olduğunu dərk edən insanlar bu qadağaların, məhdudiyyətlərin məhz onların xeyrinə olduğunu başa düşərək görülən tədbirlərə qarşı çıxmır, təhlükəsizliklərinin təminində maraqlı olduqlarını göstərirlər. Pandemiyaya qarşı mübarizədə dövlətlə birgə prinsipial mövqe sərgiləyərək, mübarizə apararaq dövlətin onları qoruyacağına inanırlar. Azərbaycanda da pandemiyaya qarşı mübarizə üçün xüsusi tədbirlər görülüb. Zərurətdən yaranan məhdudiyyətlər, qadağalar tətbiq edilib. Xüsusilə qeyd etmək lazımdır ki, bu məhdudiyyətlərə ədalətlilik, humanistlik prizmasından yanaşılıb. İnsan hüquqlarının kobud şəkildə pozulmaması üçün, görülən tədbirlərin qanuni səviyyədə təmini məqsədilə bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib, yeni və vacib layihələr müzakirəyə çıxarılıb. İnanırıq ki, xalqımız bu sınaqdan da üzüağ çıxacaq, həmrəylik nümayiş etdirməklə, qaydalara riayət etməklə bu bəlaya birlikdə qalib gələcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər