“Yuve” “Barsa”ya “yox” dedi
"Barselona”nın "Yuventus” futbolçusu Matteys de Liqti
transfer etmək planı baş tutmayacaq.
Kaspi.az xəbər
verir ki, "Barselona” hollanda futbolçu üçün Turin nəhənginə rəsmi müraciət
edib. Onlar Matteysə görə 74 milyon avro təklif ediblər.
Amma "Yuventus”
bu təklifi geri çevirib. Turin klubunun
rəhbərliyi bildirib ki, futbolçunu satmaqda maraqlı deyillər.
De Liqt "Yuve”yə
2019-cu ilin yayında "Ayaks”dan keçib. Onun transferi üçün 85,5 milyon avro ödənilib.