• şənbə, 27 Aprel, 02:00
  • Baku Bakı 14°C

“Yeni Azərbaycan Partiyası xalqın partiyasına çevrilib”

24.11.14 13:56 1365
“Yeni Azərbaycan Partiyası xalqın partiyasına çevrilib”
Naqif Həmzəyev: “Bu, insanların Azərbaycanın bugünkü reallığına və Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətinin ifadəsidir”
Yeni Azərbaycan Partiyasının (YAP) 22-ci ildönümü Gəncədə qeyd edilib. YAP Gəncə şəhər təşkilatından “Kaspi”yə bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti ilə YAP Gəncə şəhər Təşkilatının birgə təşkil etdikləri yubiley tədbirini giriş sözü ilə təşkilatın sədri Naqif Həmzəyev açaraq ötən dövr ərzində partiyanın qazandığı uğurlardan, eləcə də müstəqil Azərbaycan dövlətinin dünya birliyi ölkələri arasında qazandığı nüfuzdan söhbət açıb. Qeyd edib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa vaxt ərzində ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrilib. Bu gün qürur hissi ilə demək olar ki, artıq bu partiya xalqın partiyası titulunu qazanıb, xalqın partiyasına çevrilib. Bu da insanların Azərbaycanın bugünkü reallığına və Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətinin ifadəsidir.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və başqaları çıxış edərək dövlət müstəqilliyimizin möhkəmləndirilmə¬sin¬də, onun iqtisadi və siyasi qüdrətinin artırılmasında Yeni Azərbaycan Partiyasının göstərdiyi əvəzolunmaz xidmətlərdən danışıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının bir qrup fəalına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub, partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirilib.
Kaspi.az

banner

Oxşar Xəbərlər