AZE | RUS | ENG |

Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri,
1994-cü ildə Zati-aliləri Heydər Əliyev və Con Braun tərəfindən imzalanmış Əsrin Müqaviləsinin 25-ci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını bu məktubla təbrik etməkdən olduqca məmnunuq.
Həmin əhəmiyyətli gün bu gün ölkələrimizin malik olduğu sıx siyasi və ticari münasibətlərin başlanması kimi yadda qaldı. Son iyirmi beş il ərzində, BP-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlığı çox böyük uğurla nəticələndi və digərlərinə nümunə olacaq, enerji sektorunda əməkdaşlığın məmnunluq doğuran misaldır. 2017-ci ildə müqavilənin uzadılması həmin tarixi tərəfdaşlığın gələn onilliklər ərzində çiçəklənəcəyini təmin edir.
Müqavilənin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir və ölkənin təbii ehtiyatları tam hüquqlu şəkildə Azərbaycan xalqına məxsusdur. Cənub Qaz Dəhlizinin tamamlanması ilə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsini davam etdirəcək.
Biz daima güclənən davamlı əməkdaşlığımızı səmimiyyətlə arzulayırıq və bu cür tarixi məqamı mümkün etdiklərinə görə, Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, ARDNŞ-i, BP-ni və Birləşmiş Krallığın işgüzar dairələrini bir daha təbrik edirik."



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289