• cümə, 29 Mart, 05:10
  • Baku Bakı 7°C

Xristianların ən böyük bayramı - Pasxa

04.04.21 11:45 1662
Xristianların ən böyük bayramı - Pasxa
Qriqorian təqvimi istifadə edən xristianlar (Katoliklər və protestantlar - Red) bu gün Pasxa bayramını qeyd edirlər.
"Report”un məlumatıan görə, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il Qriqorian təqvimi ilə aprelin 4-də qeyd edilir.
Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər. İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini "İsa Dirildi!” kəlməsi ilə salamlayır.
Təqvimdəki mövqeyi və simvolikası baxımından Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Əksər dillərdə "Pasxa” və "Pesax” sözləri də əlaqəli və ya omonim sözlər kimi işlədilir. Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir.
Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılıb. Qeyd edək ki, bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı tənənə ilə qeyd edirlər.
banner

Oxşar Xəbərlər