• çərşənbə axşamı, 23 aprel, 21:23
  • Baku Bakı 20°C

Xalq artisti: “Deyirlər, qoy, toyumda “hoppananlar” oxusun”

03.10.13 15:32 1606
Xalq artisti: “Deyirlər, qoy, toyumda “hoppananlar” oxusun”
“Toyda estrada ifaçısına 20 min verirlər, muğam oxuyanlar isə “iki min” deyəndə də razılaşmırlar. Deyirlər ki, qoy, mənim toyumda “hoppananlar” oxusun. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Canəli Ələkbərov Lider Tv-nin “Pərdə” verilişində deyib.
Sənətkar özünü sənətdə 1 nömrə adlandırıb: ”Mən özümü nömrə bir müğənni hesab edirəm. 51 ildir xalqın yaddaşında həkk olunmuşam. Bu gün də sənətin bayrağı, nüfuzu mənim əlimdədir. Notları tum kimi çırtlaya bilirəmsə, niyə də özümə inanmayım? Mən düzgün ifadan danışıram, yamaq-yumaqlardan yox”.
banner

Oxşar Xəbərlər