Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

Son günlər sosial şəbəkələrdə ölkə bazarında Belarusiya
kərə yağı adı altında mənşəyi bilinməyən kərə yağlarının satıldığı müzakirə
olunur.
Respublikamıza Belarusiyadan kərə yağı idxalı ilə məşğul
olan şirkətlərdən biri də Veysəloğlu MMC-dir. Şirkət olaraq kərə yağlarını
Belarusiyanın tanınmış süd və süd məhsulları istehsalçısı COMPİMİLK OAO müəssisəsindən
tədarük edirik. Müssisədən ölkəmizə idxal olunan kərə yağları "Milk World” və
"Shuchinski Belarus” adı altında pərakəndə və topdan satış mağazalarına
paylanılır. "Milk World” adı ilə satışda olan kərə yağları marketlərdə 1
kiloqramlıq qablaşdırılmada 14 manat 79 qəpiyə təklif olunur. "Shuchinski
Belarus” kərə yağları isə 5 və 10 kiloqramlıq qablaşdırılmalarda olur ki, bu
qablaşdırmalar üzərində də istehsalçı, tərkib, saxlanma şəraiti və müddəti barəsində
iştehlakçıya geniş məlumatlar verilir. Marketlərdə isə bu qablaşdırılmalar
açılaraq qramlar şəklində paketlənərək müştərilərə təklif olunur. Qeyd edək ki,
hər iki markada istehsalçı barədə - ünvan, istehsal müəssisəsi, əlaqə nömrələri,
rəsmi internet səhifəsi – məlumatlar qeyd olunub. Bundan başqa "Milk World” 1
kiloqramlıq kərə yağları ölkəmizdə qablaşdırılır və qablaşdıran şirkət barədə də
məlumatlar məhsulların üzərində qeyd olunmuşdur.
İstehlakçılara bildirmək istəyirik ki, bəzi
işbazlar Belarusiya kərə yağlarının keyfiyyətli olması və bu yağlara alıcılar
arasındakı müsbət rəydən istifadə edərək digər qarışıq yağları təmiz kərə yağı
adı altında istehlakçılara təqdim edir. Alıcılardan bu məsələdə həssas və daha diqqətli
olmalarını tövsiyyə edirik.
Veysəloğlu MMC tərəfindən idxal olunan bütün qida və
qeyri qida məhsulları Keyfiyyətə nəzarət departamentinin Mərkəzi
Laboratoriyasında, həmçinin yerli və
xarici ölkələrin akkreditasiya olunmuş laboratoriyalarında orqanoleptik,
keyfiyyət, qida təhlükəsizliyi, markalanma, qablaşdırmanın bütövlüyü, daşınma və
qəbul zamanı temperatur göstəriciləri və digər kriteriyalar üzrə standartın tələblərinə
uyğun şəkildə yoxlanılır. Standartlara cavab verməyən və istehlakçı üçün təhlükəli
sayılan məhsulların tədarükü dərhal dayandırılır və məhsul geri göndərilir.
Veysəloğlu Şirkəti olaraq hər zaman insanların
sağlam qida ilə təmin olunmasını diqqətdə saxlayır, idxalını həyata
keçirdiyimiz məhsulların, o cümlədən kərə yağı məhsullarının keyfiyyətinə tam zəmanət
veririk.
