AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vəkillərin yüksək sosial sığorta ödənişi 2 dəfə azaldıldı

Vəkillərin yüksək sosial sığorta ödənişi 2 dəfə azaldıldı

Cəmiyyət
02 İyun 2020, 22:33 315
"Vəkillərin yüksək sosial sığorta ödənişi 2 dəfə azaldıldı".
 
Bu barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Facebook" profilində status paylaşıb. 
 
O qeyd edib ki, nəhayət bu məsələ öz ədalətli həllini tapıb: "İllərdir vəkillərimizin qaldırdığı bu problem Rəyasət Heyətini çox narahat edirdi. Dəfələrlə aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb, tərəfimizdən yazılı müraciətlər edilib. Nəticədə vəkillərin məcburi dövlət sosial sığorta haqqının 20 faizdən 10 faizə (xərclər çıxılmaqla) endirilməsini nəzərdə tutan Qanun bu gün təsdiq olundu. Vəkillərlə yanaşı, sərbəst mühasiblər və auditorlar da bundan yararlanacaqlar. Qanuna əsasən 2026-cı ilin yanvarın 1-dək vəkillərdən məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma faizi vəkillərin gəlirlərindən xərclər çıxılmaqla, 10 faiz miqdarında olacaqdır. Bütün həmkarlarımı təbrik edirəm, töhfəsi olan hər kəsə təşəkkür edirəm, başda cənab Prezident İlham Əliyev olmaqla dövlətimizə vəkil korpusu adından minnətdarlığımı bildirirəm".
 
R.İSMAYILOV