Uşağı kitab oxumağa necə həvəsləndirmək olar?
Əgər uşaq oxumursa nə etməliyik?
Bu sual çox valideynləri düşündürür. Müasir dövrdə uşaqlar daha çox kompüterlə
maraqlanır, sosial şəbəkələr vasitəsilə müxtəlif informasiyanı mənimsəyir,
video oyunlar, televiziya – bir sözlə bütün bunlarla əhatə olunan uşaqları
artıq küçədə dostlarıyla oynayan görmək bel’ olmur, kitab əlində oxuyan bir
uşaqla qarşılaşmaq isə möcüzə deməkdi. Buna baxmayaraq siz ümidinizi itirməyin.
Bir uşağı kitab oxumağa cəlb etmək üçün bəzi məsləhətlərə əməl edin. Mütləq
bunlardan biri sizin övladınızda kitaba sevgi yaradacaq.
Oxuya başlayarkən əsərdəki qəhrəmanların obrazlarını ifadəli oxumağa çalışın, obrazları öz aranızda bölüşərək oxuyun, hekayədəki hadisələrə görə reaksiya verməyə çalışın, gülüş yerində gülün, həyəcanlı hissələrdə isə qəhrəmanla birgə sizin vdə həyəcan keçirdiyiniz görsətməyə çalışın. Bu zaman övladınız əsəri daha diqqətlə və maraqla dinləyəcək.
İnternet materialları əsasında hazırlayan: Elcan Salmanqızı
1. Müxtəlif oyunlar vasitəsilə
Kitab oxumağı bir oyun
halına gətirin. Müxtəlif uşaq nağıllarını teatr halında ev şəraitində
uşaqlarınıza göstərməyə çalışın. Ailə üzvlərinizdən nənə və babalar tamaşaçı
qismində sizə yardım edə bilərlər. Uşaqlarınızın dostlarını evə dəvət edib
onlar arasında maraqlı müsabiqələr təşkil edin, ödül olaraq sonda aldığınız
kitabları təqdim etmək olar. Boyama kitabları, kiçik şeirlərdən, nağıllardan
ibarət rəngarəng şəkilli kitabları tez-tez övladınıza almağa çalışın. 2. İcazə verin övladınız istədiyini oxusun
Əgər övladınız məktəb
siyahısına aid olan kitabları oxamağı imtina edirsə? bunu anlayışla qarşılayın.
Ona başqa kitabları seçim etməyə kömək edin, o bilməlidi ki, dərs
vəsaitlərindən əlavədə maraqlı kitablar mövcuddur – fantastika, maraqlı
romanlar, satirik-yumoristik əsərlər, komikslər və s. Beləliklə övladınızı
maraqlandıran janrı tapmağa kömək olmuş olarsınız. 3. Evdə böyük kitabxanaya sahib olun
Evdə kitabların olmaması və
ya az olması o deməkdi ki, siz uşağa kitab
oxumaq marağını yarada bilməyəcəksiniz. Evdəki kitabxananız zəngin və geniş
olmalıdı ki, övladınız istədiyi zaman kitab rəfinə yaxınlaşıb istədiyi mövzuda
kitab seçməyi bacarsın. Uşaq ensiklopediyası, Azərbaycan yazıçıları, rus və
xarici yazarların əsərləri, müxtəlif xalqların nağılları, qalaktika, təbiət
istənilən mövzuda kitablar olan bu cür zəngin kitabxanaya istənilən uşaq maraq
göstərəcək.4. Maraqlı gəlmədisə kitabı sona qədər oxumağa məcbur etməyin
Kitab maraqlı gəlmədisə,
" övladınız oxamamaq bəhanələri axtarırsa onu kitabı bitirməyə məcbur
etməyin. Rusiyanın məhşur marketoloqu İqor Mannın məsləhətinə əməl edin. "50
səhifəlik test" – əgər 50 səhifə oxuduqdan sonra kitab sizi özünə cəlb
etmədisə, kitabı kənara qoymaq vaxtı çatıb.5. Görünüşü ilə ilk baxışdan uşağı cəlb edəcək kitablar seçin
Psixoloqlar qeyd edirlər ki,
təxminən 12 yaşadək uşaqlarda vizual-məzmunlu düşüncə mövcuddur. Buna görə uşaq
kitablarının görünüşünə diqqət yetirmək vacibdir: zövqlə tərtib olunmuş
rəngarəng bir örtük, maraqlı illüsstrasiyalar, kağızın keyfiyyəti çox önəmlidir.
Kitabın görüntüsü uşağı cəlb etməli, kitaba olan sevgisini artırmalıdı. 6. Kitabları görünən yerdə buraxın bununla övladınızın diqqətini
çəkəcəksiniz
Evdə kitabları hər yerə qoya
bilərsiz – dünya mətbəxini, maraqlı reseptləri olan kitabları mətbəxə, yemək
masasının üzərinə, oturma otağınıza moda, ev dizaynı, arxitektura ilə bağlı jurnal və kitabları, yataq otağınıza
sevdiyiniz yazarın kitabını, uşaq otağında isə cürbəcür nağıl kitablarını
yerləşdirin. Bununla siz bir növ artıq körpə yaşından övladınızda kitaba sevgi
maraq aşılamış olacaqsız. 7. Övladınızla birgə oxuyun
Bu üsulun kiçik uşaqlar üzərində
tətbiqi daha vacibdi. Belə ki, kiçik yaşlı uşaqlar valideynlərinə çox bağlı
olurlar, onların elədiyi hər biri hərəkəti təkrarlamağa çalışırlar. Əziz
valideynlər övladlarınızla gözəl və mənalı vaxt keçirmək istəyirsinizsə kitab
oxumağa üstünlük verin. Oxuya başlayarkən əsərdəki qəhrəmanların obrazlarını ifadəli oxumağa çalışın, obrazları öz aranızda bölüşərək oxuyun, hekayədəki hadisələrə görə reaksiya verməyə çalışın, gülüş yerində gülün, həyəcanlı hissələrdə isə qəhrəmanla birgə sizin vdə həyəcan keçirdiyiniz görsətməyə çalışın. Bu zaman övladınız əsəri daha diqqətlə və maraqla dinləyəcək.
İnternet materialları əsasında hazırlayan: Elcan Salmanqızı