• cümə, 29 Mart, 11:45
  • Baku Bakı 5°C

Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq

04.12.20 16:15 473
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Qars şəhərindəki logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq.
Bu barədə Trend-ə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.
Dekabrın 5-də baş tutacaq səfər zamanı nazir, həmçinin Qars-Ərzurum yolunun açılışında iştirak edəcək.
Qeyd edək ki, Qars logistika mərkəzinin 2021-ci ildə istifadəyə verilməsi planlaşdırılır. 2020-ci ildə logistika mərkəzinin tikintisi üçün 60 milyon lirə vəsait yerləşdirilib.
Logistika mərkəzinin ərazisində ümumi həcmi 1 600 kvadrat metr olan iki su çəni, ümumi sahəsi 1 300 kvadrat kilometr olan avtomobil qarajı, 7 min kvadrat metr sahədə qatar təmiri emalatxanası yer alacaq.
banner

Oxşar Xəbərlər