Türkiyədən Azərbaycana yük daşımaları artıb

Türkiyədən Azərbaycana yük daşımaları artıb

Cəmiyyət
09 Dekabr 2019, 14:08 168
2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana Türkiyənin yük maşınları ilə 29 307 dəfə yük daşınıb. Bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.
Bu barədə Trend-ə Türkiyənin Beynəlxalq Daşıyıcılar Assosiasiyasından bildiriblər.
Qeyd olunub ki, hesabat dövründə Türkiyədən daşınan yüklərin ümumi həcmində Azərbaycanın payı 2,76 faizə bərabər olub.
2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Naxçıvan Muxtar Respublikasına 17 837 dəfə yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz azdır. Bu göstərici Türkiyədən daşınan yüklərin ümumi həcminin 1,68 faizini təşkil edib.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə 8 291 dəfə yük daşınıb (69 faiz artım), bunlardan 7 047-si Azərbaycanın yük maşınları ilə (15 faiz artım) baş tutub.