• çərşənbə, 24 Aprel, 08:48
  • Baku Bakı 13°C

Tramp prezident seçkilərinin vaxtını təsdiqlədi

04.04.20 12:30 632
Tramp prezident seçkilərinin vaxtını təsdiqlədi
ABŞ prezidentiDonald Trampəmindir ki, koronavirus pandemiyasına baxmayaraq, ölkədə seçkilər planlaşdırıldığı kimi noyabrın 3-də keçiriləcək.
Bu barədə "Report” TASS-a istinadən xəbər verir.
"Ümumi seçkilər noyabrın 3-də keçiriləcək", - ABŞ prezidenti bununla bağlı suala cavabında deyib.
Prezident bu halda poçt ilə səsvermə variantını rədd edib. "Yox, çünki bir çox insanlar poçt ilə səsvermədə fırıldaq işlədirlər. İnsanlar seçki məntəqələrinə gəlməli və şəxsiyyət vəsiqəsini təqdim etməlidir”, - Tramp vurğulayıb.
"Əgər kimsə sənəd vermək istəmirsə, deməli, fırıldaq işlətməyə hazırlaşır", - Ağ Ev rəhbəri əlavə edib.
ABŞ-da seçki kampaniyası koronavirus pandemiyasına görə dayandırılıb.
banner

Oxşar Xəbərlər