Tramp G20 sammitində Putinlə görüşəcəyini təsdiq edib

Tramp G20 sammitində Putinlə görüşəcəyini təsdiq edib

Siyasət
20 İyun 2019, 09:15 151
ABŞ prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə görüşəcəyini təsdiq edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, D.Tramp bu barədə "Fox News" telekanalına müsahibəsi zamanı deyib.
ABŞ prezidenti bildirib: "Mən Rusiya ilə yola getmək istəyirəm və düşünürəm ki, belədə olacaq. Mən Çin ilə yola getmək istəyirəm və düşünürəm ki, belədə olacaq. Mən onların hər ikisi ilə gələn həftə Yaponiyada G20 sammitində görüşəcəyəm".
D.Tramp həmçinin qeyd edib: "Bizim Rusiya və Çin ilə yaxşı münasibətlərimiz olacaq, bu çox vacibdir. Onlar güclü ölkələrdir, biz də güclü ölkəyik".