Tehran yatağı - İldə 28 milyon ton mədən maddəsi hasil edilir

Tehran yatağı - İldə 28 milyon ton mədən maddəsi hasil edilir

İqtisadiyyat
19 Avqust 2019, 11:23 7079
İranın Tehran vilayətində ildə 28 milyon ton mədən maddələri hasil edilir.
Trend-in məlumatına görə, bunu İranın Tehran vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri Yədulla Sadiqi deyib.
Y.Sadiqinin sözlərinə görə, vilayətdə fəaliyyətdə olan mədənlərin sayı 280-dir.
Sadiqi əlavə edib ki, çıxarılan maddələrin dəyəri təxminən 5 trilyon rialdır (təxminən 119 milyon dollar): "Tehran vilayətində çıxarılan əsasən əhəng, şin və sairə maddələrdir ki, bunlar da sement istehsalında istifadə oluna bilər”.
Təşkilat sədri Tehran vilayətinin mədənlərində təxminən 3,5 min nəfərin işlədiyini qeyd edib.