AZE | RUS | ENG |

Tanrıya açılan əllər

Tanrıya açılan əllər
Düşünmürəm ki, hər kəsin bir Tanrısı var, bir Tanrı da Saleh Qurbanovundu. Qətiyyən belə fikirdə deyiləm.
Tanrı dediyimiz də, Allah dediyimiz də birdir, təkdi, adildi, qadirdi. O, gözəgörünməzdi, toxunulmazdı, dərk ediləndi, duyulandı, inanılandı, güvəniləndi. Hər kəs Tanrını qəlbində bir cür yaşadır, bir cür görür, bir cür hiss eləyir.
 
Bizim çox istedadlı şair, tənqidçi, publisist Saleh müəllimin də özünün inandığı, güvəndiyi, daim adını dilində zikr etdiyi bir Tanrısı-gözəgörünməz varlığı var. Bu varlıq onun beynində, şüurunda, ürəyində, qəlbindədi.
 
Saleh müəllimin Tanrısı da onun gözəl poeziyası kimi özünəməxsusdu. Şair Tanrısından istəyini, alqışını, qarğışını yüksək bədii dillə ifadə edir və nəticədə mükəmməl sənət nümunələri ərsəyə gəlir.
Sözlərimi təsdiqləmək üçün bu istedadlı şairin "Tanrım” şeirinə nəzər salmaq istəyirəm.
 
...Xınalanır gecələr yanaqların yaşında,
Qəza-qədər dolaşır yanan yurdun başında.
Ölüm saçan mərmilər donursa yaddaşında,
O qışı qoru Tanrım!
 
Mənə görə şairin böyüklüyü budur ki, o, hadisəyə heç də adicə, sadəcə yanaşmır. Yəni onun da düşüncəsi, zəkası bütün istedad sahiblərində olduğu kimi fərqlidir, təqdirə layiqdi.
Yanaqların yaşında gecələrin xınalanmasına diqqət yetirəndə görərik ki, bu sirrli bir təxəyyülün məhsuludur. Axı həmin misrada görünən, diqqət çəkən gecə deyil göz yaşıdır. Gecənin şöləsində də göz yaşı xınalanardı. Lakin  şəffaf göz yaşının istər xınalanması, istərsə də başqa rəng çalarlarına bürünməsi ədəbiyyatda çox rast gəlinir. Burada maraqlı odur ki, göz yaşında şair məhz gecənin xınalanmasını canlandırır. Bu da olduqca şairanədir, uğurlu tapıntıdır. Həmin bəndin ikinci misrasında yanan yurdumuzun başında qəza-qədərdən bəhs olunur. Bu da nəinki hər yazarın, hər bir vətəndaşın borcudur. Dərdimizin dərmanı da özümüz olmalıyıq.
 
O biri üçüncü misrada şair ölüm saçan mərmilərin yurdumuzun yaddaşında donmasından söz açır. Qoy bu mərmilər heç vaxt açılıb ölüm saçmasın.
Dondurmaq qışa məxsusdur. Qış qurtaranda donlar əriyər, açılar. "Bu qışı qoru, Tanrım” deyəndə müəllif də donmuş mərmilərin açılmasını istəmir. Bu Saleh müəllimin də, bizim də ümdə arzumuzdu.
 
Elə buradaca yenə qayıdaq şairin Tanrısına. Adətən hər kəs qışın qar-boranından, çovğunundan, dondurub öldürməsindən gileylidi, şikayətlidi. Hamının Allahdan, Tanrıdan istəyi budur ki, onu qışdan qorusun, qış tez sovuşub getsin.
Qəribəsi ordadır ki, S.Qurbanov öz şeirində Tanrısından həmin ölüm saçan mərmiləri donduran qışın qorunmasını arzulayır. Bu qəribə arzu, əsrarəngiz istək ancaq əsil qələm sahibinə müəssər ola bilər. O da Tanrısı qədər ədalətlidir.
 
...Ha dansa da borcludu bir xəzana bir bahar,
Göy üzü şəhid qanı, ağrı çəkir buludlar.
Mübarək səda gəlir şeytana daş atan var,
O daşı qoru Tanrım!
 
Yuxarıdakı bəndin birinci misrasında təbiətin pozulmaz qanunu olan xəzandan, qışdan, qardan sonra gələn baharın mütləq olacağından xəbər verir. İkinci misra da yerində deyilib. Axı bizim Vətənimiz müharibə dövrünü yaşayır. Torpaqlarımızın bir hissəsi düşmən tapdağı altındadır. Şəhidlərimizin qanı göy üzünə çəkilmiş, buludlara hopmuşdur. Həmin buludlar ağrı çəkir və çəkməlidir. Ta o vaxtacan ki, Vətənimiz bütövləşsin, Qarabağ dərdimiz aradan götürülsün.
Saleh müəllim hər hansı bir yazarın əsərinə həm ciddi, həm düzgün, həm də çox incəliklə yanaşır. Buna görə heç bir müəllif ondan incimir, əksinə razı qalır. Axı şairin özü mərifətli, mədəniyyətli, həssas qəlbli bir şəxsiyyətdir.
 
Aləmzər Əlizadə

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006