• cümə axşamı, 25 aprel, 11:35
  • Baku Bakı 14°C

TANAP-ın inşası Türkiyədə boru istehsalının 7 faiz artırıb

23.06.16 14:34 1012
TANAP-ın inşası Türkiyədə boru istehsalının 7 faiz artırıb
Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası Türkiyədə boru istehsalı həcminin artmasına səbəb olub.
"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin Polad Boru İstehsalçıları Assosiasiyasının sədri Mehmet Zeren bildirib.
Onun sözlərinə görə, Türkiyədə boru istehsalı 2015-ci illə müqayisədə 7% artıb. Belə ki, ilin əvvəlindən yerli istehsalçılar 4,5 mln. ton məhsul istehsal edib.

Qeyd edək ki,TANAP-ın tikintisinə 2015-ci ildə başlanılıb. İllik 16 mlrd. kubmetr Azərbaycan təbii qazını Türkiyəyə çatdıracaq kəmərin uzunluğu 1800 kilometr təşkil edəcək. Türkiyənin boru istehsalçılarıTANAP-ın 80%-ni, Çinin "Baosteel" şirkəti isə qalan hissəsini boru ilə təchiz edəcək.
banner

Oxşar Xəbərlər