Superkubokda aşağı dəstənin qalibi?
İngiltərədə
2020/2021 mövsümünün açılış oyunu ilə bağlı problem yarana bilər.
Kaspi.az
xəbər verir ki, mövsümün açılış oyunu Superkubok qarşılaşması ilə başlayır. Bu
qarşılaşmada çempion komanda kubokun qalibi ilə üz-üzə gəlir.
Amma
cari mövsümdə çempion "Liverpul” kubokun qalibi ilə qarşılaşmaya bilər. Əgər
kubokun qalibi avrokuboklarda mübarizəni davam etdirəcək komanda olacaqsa, onda
Superkubok qarşılaşmasına Çempionşipin qalibi çıxacaq. Məsələ burasındadır ki,
Superkubok qarşılaşmasının keçiriləcəyi gün avrokubokların oyunları ilə üst-üstə
düşür.
Hazırda
İngiltərə kubokunu qazanmaq üçün 4 komanda – "Mançester Siti”, "Mançester
Yunayted”, "Çelsi” və "Arsenal” mübarizə aparır. Bu komandalardan yalnız
"Arsenal” avrokuboklarda mübarizəıni dayandırıb.
Çempionşipdə
lider "Vest Bromviç”dir.