• cümə, 19 Aprel, 14:06
  • Baku Bakı 25°C

Strateji islahatlarla idarəetmənin Azərbaycan təcrübəsi

05.09.19 19:18 1129
Strateji islahatlarla idarəetmənin Azərbaycan təcrübəsi
1991-ci ildə müstəqillik əldə edən Azərbaycan iqtisadiyyatın bütün sektorları üzrə uğurlu işlər apararaq, yeni inkişaf strategiyasını həyata keçirib. Bu illər ərzində aparılan uğurlu və dayanıqlı iqtisadi siyasət nəticəsində Azərbaycan tək regionda deyil, postsovet məkanında da inkişaf etmiş ölkələrdən birinə çevrilib. Dəfələrlə Azərbaycan təcrübəsi Qərbin aparıcı nəşrləri, beyin mərkəzləri tərəfindən araşdırılıb və müvafiq qiymət verilib. Qərbin nüfuzlu "Emerging Europe” nəşrində dərc edilən "Managing strategic reform: The experience of Azerbaijan” başlıqlı məqalədə də bu məsələyə toxunulub. Məqalədə qeyd edilir ki, son onilliklər ərzində Azərbaycan, gəlirləri orta səviyyədən yüksək olan 55 ölkədən birinə çevrilib. Bundan əlavə yoxsulluq səviyyəsi 10 dəfə azalaraq təkrəqəmli hal alıb, sosial təminat yaxşılaşıb və yeni həyat səviyyəsinə keçid baş verib. Adambaşına düşən ümumdaxili məhsul 1995-ci ildən 2018-ci ilə kimi doqquz dəfə yüksələrək 4357 avroya çatıb. Geniş və əhatəli maliyyə resursları ölkənin sosial-iqtisadi infrastrukturunu modernləşdirməyə imkan verib, eləcə də, milli iqtisadiyyatın konverqensiyasını (yaxınlaşma, yaxınlıq) təmin edib. Eyni zamanda yeni iqtisadi hədəflərin reallaşmasına və modernləşmə strategiyasını müəyyən etməyə imkan verib. 2015-ci ildə qlobal ticarət bazarları yeni mərhələyə daxil olduqda, ölkədə mütərəqqi, ümumi əhəmiyyət kəsb edən iqtisadi yüksəlişin yeni modelinə tələbat yarandı.
Məqalədə vurğulanır ki, aparıcı beynəlxalq maliyyə institutlarının dünya iqtisadiyyatında və neft bazarında gözləntiləri, ölkədə iqtisadi dinamikanın xarakteri nəzərə alınmaqla, 2016-cı ildə Azərbaycan Respublikası İqtisadiyyatının Strateji İnkişafı Proqramı qəbul edildi. Burada əsas məqsəd və hədəf ortamüddətli perspektivdə diversifikasiya və yeni hərəkətverici qüvvələrin hesabına inkişafın bərpasını təmin etmək idi. Eləcə də hədəflər sırasına dünya iqtisadiyyatına böyük inteqrasiyada rəqabətə davamlılığın artırılması daxil idi. Planlaşdırılan islahatlar işgüzar mühitin gələcəkdə daha da yaxşılaşdırılması və uzunmüddətli perspektivdə istehsal həcminin artırılmasına keçid üçün əlverişli əsas yaratmış oldu. Və bütün bunlara keyfiyyətli, effektiv və inklüziv institutlar yaradılması ilə nail olundu. Makroiqtisadi sabitlik siyasəti daha əlverişli və investisiya mühitinin möhkəmləndirilməsində və dəstəklənməsində mühüm rol oynadı. Hökumətin siyasi və iqtisadi mühitin sabitləşməsinə yönəlik tədbirləri güclü biznes-cəmiyyətin, ölkədə makroiqtisadi sabitlik üçün əsas yaratmış oldu. 2017-ci ildə mövcud olan 12,7 faizlik inflyasiya 2018-ci ildə 2,3 faizə düşdü. Bundan əlavə, tədiyyə balansı sabitləşdi, ölkənin xarici borcunun azalması dinamikası və strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula bərabər halda formalaşması müşahidə olunur. Xüsusi diqqət cəlbedici işgüzar və investisiya formalaşmasına ayrıldı. Bu, beynəlxalq praktikaya, Azərbaycanın dövlət nizamlanması və hüququ bazaya uyğun olaraq həyata keçirilməyə başladı. Ölkədə dövlət-işgüzar münasibətlər sahəsində, sahibkarlıq sahəsində qeyri-qanuni, süni maneələrin aradan qaldırılması, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlığın stimullaşdırılması, eləcə də, uzunmüddətli hədəflərə çatmaq üçün beynəlxalq standartlara cavab verəcək elektron dövlət xidmətlərinin təmin edilməsi istiqamətində kompleks tədbirlər görüldü. Nəticədə dövlətin beynəlxalq reytinqi və işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdı. Dünya Bankının 2019-cu il üçün "Biznesə giriş” hesabatına görə, Azərbaycan son iki ildə 32 bənd qalxaraq, 190 dövlət arasında 25-ci yerə yüksəlib. İqtisadi islahatların idarəetmədəki indiki modeli ölkənin spesifikliyi nəzərə alınmaqla, ən uğurlu beynəlxalq təcrübələrə əsaslanır. Onun əsasında iqtisadi inkişafın dəyişilməz prinsipləri – effektivlik və şəffaflıq dayanır. Biznes-dairə və beynəlxalq reytinqlər üzrə komissiya dövlət və biznes arasında platforma kimi funksiya daşıyır. Dövlət-özəl tərəfdaşlığının iştirakçıları arasında ünsiyyətin asanlaşdırılması üçün azranking.az elektron portalı fəaliyyət göstərir. Bu portal ölkədə potensial əcnəbi investorlar üçün işgüzar mühitin müqayisəli analizi üçün innovasion alət formalaşdırıb. Biznes-dairədə belə bir idarəedici və nizamlayıcı funksiyanın olması iqtisadiyyatın inkişafını stimullaşdırmaqla yanaşı, effektiv faktorlar yaratmış olur. Bu prosesi əyani sübut edəcək hal, ölkə iqtisadiyyatının bu yaxınlarda açıqlanan inkişaf göstəriciləridir. Xüsusən də qeyri-neft sektorunda 3 faizlik inkişaf nəzərə alınmalıdır. Bu ilin son 7 ayı ərzində qeyri-neft sektorunda 17 faizlik ixrac qeydə alınıb.
Beləliklə, ölkədə sosial-iqtisadi siyasətin əsas missiyası cəmiyyətin rifah halını etibarlı və daimi təmin etməyə yönəlib. Ölkənin yeni iqtisadi modelə keçidi və mütəmadi iqtisadi inkişaf səviyyəsi yeni inkişaf proqramlarının yaradılmasına, eləcə də, dərin və ümumi struktur və institusional islahatlara əsaslanır. Sosial-iqtisadi islahatların effektiv şəkildə reallaşması strateji idarəetmədə müasir mexanizmlərin istifadəsi ilə təmin olunur. İdarəetmənin yeni strukturu investorlara və siyasilərə islahatlara ehtiyac duyulan sahələri müəyyən etməyə kömək edir. Bu kontekstdə dövlət və biznes arasında dialoq və onun müasir rəqəmsal platformada reallaşması dövlət-işgüzar münasibətlər sahəsində islahatlara etibarı daha da artırır. Bütün bunlar da gələcək iqtisadi inkişaf üçün əsas yaratmış olur.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər