Sonunu düşünən qəhrəman olmaz – Salatın Əsgərova
İnsanın
adı, soyadı onun ömür bələdçisidir. Təsadüfi deyil ki, dastanlarımızda bu
məqama xüsusi həssaslıqla yanaşılır. Salatın isə soyadında olduğu kimi Əsgər
idi. Vətəninin əli qələmli əsgəri.
Rəfiqəsinin söylədiyinə görə bir dəfə ölümün astanasından qayıtmışdı, Salatın. Atışma zamanı xəndəkdən qalxıb nə baş verdiyini öyrənmək istəyibmiş və güllə onun saçlarının arasından keçibmiş. Atası, rəfiqəsi nə qədər onu növbəti gedişdən saxlamaq istəsələr də, növbəti şansın bir daha verilməyəcəyini söyləsələr də, oğlunu, yaxınlarını düşünməsini istəsələr də o, evinə-eşiyinə sığışa bilmirdi. Sanki ölümə tələsirdi.
1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larianovun yanına getməyi qərara alır. Deyilənə görə sonuncu gedişində əynində hərbi paltar ilə evdən çıxmışdı, oğlu yuxuda olduğu üçün onun alnından öpüb evini tərk etmişdi. Yaxınlarının onu yoldan çəkindirməklərinə baxmayaraq, fikrindən dönməmişdi Salatın. Hətta dünyanın ən böyük məhəbbəti olan övlad məhəbbəti belə onu qapıdan geri qaytara bilməmişdi. Başına 10 min rubl mükafat vəd edilən Larianovun əlindən erməni terrorçuları zəncir çeynəyirdi. Eyni dini mənsubiyyətə malik birisinin niyə azərbaycanlıları qoruduğunu anlaya bilmirdi daşnaklar. O səbəbdən də batalyon rəhbərini aradan götürmək üçün günlərlə pusquda dayanırdılar. Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutulur. Həm avtomatdan, həm də snayperlə açılmış güllələrdən avtomobil deşik-deşik olur. Sonra araşdırmaçılar avtomobil üzərindən 113 güllə yeri saymışdılar. Larianov canı üstündə olana qədər, gülləsi bitənə qədər döyüşmüş, mayor İqor İvanov, serjant İ.Qoyek yerindəcə keçinmişdi. Əslində, onlar bronijiletdə idilər və düşmən onları öldürmək üçün hədəf nöqtələrini yaxşı bilirdi. Avtomobilin qapısını açan qatillər canı hələ də üzərində olan Salatın Əsgərovanın gicgahından vuraraq onu öldürürlər.
Günel Eyvazlı
Azərbaycanın
çaxnaşma dövrlərində cəbhədən, qızğın döyüşlərdən çox uzaqda yaşamağımıza
baxmayaraq şəhərdə uzun-uzadı çörək növbələrində, günlərlə işığa, qaza həsrət
zamanlarda ömür sürdüyümüz vaxt, səngərdə düşmənlə üz-üzə oğullar dayanırdı.
Onların gününü, güzaranını, yaxından müşahidə etmək, cəbhədə gedən olayları
təsvir etmək üçün azsaylı insanlar cəsarət nümayiş etdirib cəbhə bölgəsinə
yollanırdı.
Deyilənə
görə, "Molodyoj Azerbaydjana” redaksiyasında iclaslar zamanı "kim könüllü
reportajlar hazırlamaq üçün cəbhəyə yollana bilər?” sualını verincə, çoxu
baxışını yerə diksə də Salatın mərdi-mərdanə "Mən gedəcəm” deyirdi. Əminliklə
ifadə edirdi fikirlərini. Evində onun yolunu gözləyən azyaşlı oğlunun olmasına
baxmayaraq getmək istəyirdi. Salatın
haqqında müsahibələri, döyüş hekayələrini ələk-vələk etdikcə onu qadın kimi də
yaxından tanımaq istəyirdim. Həyatda olan, yaşayan dost-tanışlarının olmasına
baxmayaraq cürət edib, "cəsarətli, dönməz, mərd qadın olmasıyla bərabər,
Salatın xoşbəxt qadın idimi?” sualını soruşa bilmədim. Düşündüm, adama deyərlər
ki, onun jurnalistika xətti ilə tanış ol bəs edər, qadınlığına, analığına,
xoşbəxtliyinə toxunma. Yaralanmış ailənin keçmiş dərdini təzələməmək üçün
soruşa bilmədim. Amma qadın psixologiyası ilə bilirəm ki, insan uçurum ilə
üz-üzə dayandıqda, anlamaz biri ilə ömür sürdükdə, məngənə arasında sıxıldıqda
daha çox qaçmaq istəyir, daha çox cürət nümayiş etdirir, övladının,
yaxınlarının olmasına baxmayaraq, özünüsübut üçün istənilən ekstrimal
vəziyyətlər önündə cəsarət nümayiş etdirə bilir. Tanımadığı yollardan, aid olmadığı
məkanlardan keçmək istəyində bulunur. Mən bacardım, mən bacaracağam, məndə
alınacaq, deyir.
İyirmi
doqquz yaşlı gənc xanımı təsəvvür edir. O, asudə zamanlarını sevimli, bircəcik
oğlu Ceyhunla keçirirdi. Günlərin birində jurnalistika sevgisindən irəli
gələrək oğluna oyuncaq deyil, diktofon alır. Getdikləri məkanlarda oğlundan
insanlara yaxınlaşaraq müsahibə almağı xahiş edir. Sanki onu növbəti həyata,
anasız həyata alışdırmağa, yeni peşəyə sahiblənməyə səsləyir. Belə
müsahibə oyunlarının birində masada əyləşmiş xanımlar balaca Ceyhununa bilərzik
hədiyyə edirlər. O isə bu bilərziyi anasına bağışlayır. Öldüyü günə qədər
oğlunun hədiyyəsini qolundan çıxarmır Salatın.
İlk
dəfə idi ki, yazını yazdıqdan sonra rahatlığa qovuşmamışdım. Məsələn, Əzizə
Cəfərzadə haqqında ürək açıqlığıyla, Şükriyyə xanım haqqında qürurla, Sara
Aşurbəyli haqqında inamla yazmışdım. Amma Salatın Əsgərova haqqında məhdud
mənbələr arasında axtarışlar edincə, güllələnmiş avtomobil, içindəki hərbiçi və
jurnalistin erməni terrorçuları tərəfindən vəhşicəsinə öldürülməsi səhnəsi
haqqında oxuduqca, həmin dərmə-deşik avtomobilin video görüntülərinə baxınca
yazını yazdığım günün gecəsini boğularaq yatmışdım. Bütün gecəni yuxudan ayılıb
yalnız onun haqqında düşünmüşdüm, heç rahatlıq tapmamışdım. Rəfiqəsinin söylədiyinə görə bir dəfə ölümün astanasından qayıtmışdı, Salatın. Atışma zamanı xəndəkdən qalxıb nə baş verdiyini öyrənmək istəyibmiş və güllə onun saçlarının arasından keçibmiş. Atası, rəfiqəsi nə qədər onu növbəti gedişdən saxlamaq istəsələr də, növbəti şansın bir daha verilməyəcəyini söyləsələr də, oğlunu, yaxınlarını düşünməsini istəsələr də o, evinə-eşiyinə sığışa bilmirdi. Sanki ölümə tələsirdi.
Salatın
ixtisasca geofizik idi. Jurnalistikaya olan marağı onu öncə 1984-cü ildə "Bakı”
qəzetinə, dörd il sonra isə "Moladyoj Azerbaydjana” qəzetinə gətirib
çıxarmışdı. 1988-ci ildə dırnaqarası rejim daxilində yaşadığımız xalqların əslində qardaş deyil də
mənfurcasına özünün olmayan torpaqdan pay ummasını müşahidə edincə
ziyalılarımız baş verən olaylara qarşı susmadılar. Onların çılğınlığı,
patriotizmi Sovetləri bərk narahat edirdi. Həmin illərdə - Dağlıq Qarabağ problemli başlayanda
Ali Sovetin deputatı olmuş Xalq artisti Rəşid Behbudov belə ərazi məsələləri
üstündə SSRİ prezidenti Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma
olduğunu sübut etməkdən ötrü Hindistan səfəri zamanı Şaumyanın orada
basdırıldığını faktlarla sübut edən kaseti Qarbaçova verir.İllərdir oyun
içində yaşayan xalqın gözləri açılmağa başlayır. Elə bu səbəbdən vəzifəsindən,
mənsəbindən asılı olmayaraq əsl vətənpərvərlərin daxilində rejimə, yalançı xalq
qardaşlığına qarşı nifrət oyanır. Hamı öz səngərində, öz cəbhəsində vətəninə
xidmət etməyə başlayır. Eləcə də Salatın Əsgərova 1988-ci ildən "Molodyoj
Azerbaydjana” qəzetində ard-arda gedən məqalələri ilə od püskürürdü. Üstəgəl,
qulağının eşitdiklərinə yox, hələ gördüklərinin də şahid olunca nifrəti, üsyanı
yerə-göyə sığmırdı. Elə bu səbəbdən də istədiyi, sevdiyi adamların "getmə”
deməsinə rəğmən yolundan dönmür. Ürəyinə daş bağlayaraq başladığı döyüşü sona
qədər davam etdirməyə qətiyyət nümayiş etdirir.
Onun sonuncu
yazısıXocalıdakıxüsusi təyinatlı polis dəstəsinin
fəaliyyətindən, çətin döyüş
əməliyyatlarından bəhs edən "Omonçular” idi.
O, "Molodyoj Azerbaydjana" qəzetinin1991-ci il3 yanvartarixli
sayında, təkcə azərbaycanlı döyüşçülərin igidliyindən yazmır, həm də imperiya
nökərlərini kəskin tənqid edirdi. Yazı belə bir məntiqi yekunla bitirdi:
"SSRİ
prezidentinin DQMV-da qanunsuz silahlı birləşmələrinin tərksilah edilməsi
barədə fərmanına əməl olunmursa, o zaman prezident idarəçiliyinə nə ehtiyac
var? Azərbaycan nəyə görə Mərkəzi rəhbərliyin yeni idarəetmə üsullarının sınaq
meydanına çevrilməlidir? Bu suallara mütləq cavab alınmalıdır. Başqa cür ola
bilməz”.1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larianovun yanına getməyi qərara alır. Deyilənə görə sonuncu gedişində əynində hərbi paltar ilə evdən çıxmışdı, oğlu yuxuda olduğu üçün onun alnından öpüb evini tərk etmişdi. Yaxınlarının onu yoldan çəkindirməklərinə baxmayaraq, fikrindən dönməmişdi Salatın. Hətta dünyanın ən böyük məhəbbəti olan övlad məhəbbəti belə onu qapıdan geri qaytara bilməmişdi. Başına 10 min rubl mükafat vəd edilən Larianovun əlindən erməni terrorçuları zəncir çeynəyirdi. Eyni dini mənsubiyyətə malik birisinin niyə azərbaycanlıları qoruduğunu anlaya bilmirdi daşnaklar. O səbəbdən də batalyon rəhbərini aradan götürmək üçün günlərlə pusquda dayanırdılar. Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutulur. Həm avtomatdan, həm də snayperlə açılmış güllələrdən avtomobil deşik-deşik olur. Sonra araşdırmaçılar avtomobil üzərindən 113 güllə yeri saymışdılar. Larianov canı üstündə olana qədər, gülləsi bitənə qədər döyüşmüş, mayor İqor İvanov, serjant İ.Qoyek yerindəcə keçinmişdi. Əslində, onlar bronijiletdə idilər və düşmən onları öldürmək üçün hədəf nöqtələrini yaxşı bilirdi. Avtomobilin qapısını açan qatillər canı hələ də üzərində olan Salatın Əsgərovanın gicgahından vuraraq onu öldürürlər.
Aylar öncə Litva
jurnalisti Riçard Lapaitisin Azərbaycan Televiziyasında Azərbaycan qadın
əsirləri haqqında söylədikləri indi də qulağımda cingildəməkdədir. El-aləm,
dünya hansı vəhşiliklərin başımıza gətirildiyindən xəbərdardır. Sadəcə maraqlar
üzərində qurulmuş bəşəri münasibətlər həqiqət önünə örtük çəkir. Lapaitsi
əsirlikdən dönən qızcığazların nə vəziyyətdə olduğunu və onların qısa müddətə
həkimlərin gözü qarşısında öldüklərini söyləyirdi. Qızların başına gətirilən
oyunlar, canı üstündə olan igidləri yarıb orqanlarını çıxarmaq... yəni vəhşiliyin
həddi-hüdudu yoxdurmu...Və mən düşünürəm ki... bu qədər ağrı-acı, qaçqınlıq, köçkünük,
repressiya, sürgün görmüş bir xalqın kişili, qadınlı bəzi nümayəndələrinin eyni
dam altında bir-birini həzm etməmələrini görüncə, günü-gündən tirajlanan ailə
zəminində baş verən qətl hadisələrini oxuyunca özümüzə yazığım gəlir. Yəni bizə
unutqanlıq, şərəfsizlik dərmanı içiriblərmi, anlamıram. Hardan hara gəldik...
Salatın
Əsgərovanın yaxınlığında həlak olduğu kənd indi Salatınkənd adlanır. Ora
illərdir azərbaycanlı ayağı dəymir. Yağı düşmən yeriyir üzərində...Günel Eyvazlı