AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sobhani: Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir

Sobhani: Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir

Cəmiyyət
19 Fevral 2020, 14:06 1192
Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir.
Bunu Trend-ə amerikalı ekspert, "Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.
Münxendə Dağlıq Qarabağla bağlı panel müzakirələri barədə danışan ekspert qeyd edib ki, bu müzakirələrin Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu platformada keçirilməsi beynəlxalq ictimaiyyətin münaqişənin nizamlanmasında daha qətiyyətli hərəkət edəcəyinə ümid yaradır.
O, xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyev vəziyyəti çox dərin və rasional şəkildə dərk edir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində dəqiq strategiyaya malikdir:
"Paşinyan hakimiyyətə iqtisadi islahatlara, əmək məşğulluğu üçün daha yaxşı şərtlərə, eləcə də gələcəyə inama kəskin ehtiyac duyan erməni xalqının müdafiəçisi kimi gəlib. Ümid edirəm ki, Paşinyan Ermənistanın iqtisadi sabitliyə nail olması və iş yerlərinin yaradılması üçün əsas şərtlərdən birinin Azərbaycanla sülh olduğunu dərk edir. Paşinyan bilir ki, "sülh dividendi” deyə anlayış var və əgər Azərbaycanla sülh sazişi əldə etsə, Ermənistan iqtisadiyyatı inkişaf edəcək. Ermənistanda keçirilmiş rəy sorğusu göstərib ki, əhalinin böyük əksəriyyətini iqtisadi rifah maraqlandırır və onlar Azərbaycanla sülhü müsbət amil kimi qiymətləndirir”.