AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Siz xalqının dəyərini, ölkəsinin qiymətini bilən və layiqincə dəyərləndirən lidersiniz”

“Siz xalqının dəyərini, ölkəsinin qiymətini bilən və layiqincə dəyərləndirən lidersiniz”

Siyasət
31 May 2020, 17:00 376
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə ölkə vətəndaşlarından, həmçinin xaricdə yaşayan azərbaycanlılardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlardan daha bir neçəsini təqdim edirik.
 
Bakı şəhər sakini Elnur Hüseynzadə: "Çox hörmətli cənab Prezident. Bu məktubu yazmaqda məqsədim odur ki, gündən-günə inkişaf edən müstəqil Azərbaycan Respublikasının dövlət başçısına - Sizə təşəkkürümü bildirim. Mən bunu özümə bir vətəndaşlıq borcu hesab edirəm. Həm ölkəmiz inkişaf edir, həm də insanları narahat edən məsələlər öz həllini tapır. Həmçinin bildirmək istəyirəm ki, Sizin COVID-19 pandemiyası dövründə söylədiniz "Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, mənə də qürur hissi yaşatdı və ruhlandırdı. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz operativ işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu epidemiyadan az itkilərlə çıxarmağa zəmin yaradır. Siz öz əməli fəaliyyətinizlə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut edirsiniz. Bütün bunlar onu göstərir ki, dövlətimiz etibarlı əllərdədir. Əziz Prezidentimiz, xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Uca Tanrının nəzəri üzərinizdən əskik olmasın".

Quba rayonu, Qımılqışlaq kənd sakini Səmral Əhmədxanov: "Möhtərəm cənab Prezident. Bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün Sizin rəhbərliyinizlə respublikamızda görülən qabaqlayıcı tədbirləri, zəruri profilaktik işləri dəstəkləyirik. Biz gənclər Sizin sevginizi, qayğınızı hər zaman üzərimizdə hiss edirik. Mən bir gənc olaraq inanıram ki, ölkəmiz Sizin sayənizdə bu bəlaya qalib gələcək və yeni inkişaf yoluna qədəm qoyacaqdır. Hər zaman olduğu kimi, bu çətin günlərdə də biz Sizinlə həmrəyik və istənilən çağırışınıza qoşulmağa hazırıq. Azərbaycanın gələcəyi üçün birgə addımlamaq hər birimizin borcudur. Allah hər bir işdə Sizə kömək olsun”.
 
Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Vəfa İbrahimov: "Hörmətli cənab Prezident. Mən bir vətəndaş olaraq Sizin daim xalqa göstərdiyiniz qayğı və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıdan qorxunc, gözə görünməz koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısı Sizin qabaqlayıcı tədbirləriniz sayəsində, xalqa olan maddi və mənəvi dəstəyinizlə alındı. Çıxışlarınız, tövsiyələriniz və göstərişləriniz bizdə ruh yüksəkliyi yaratdı. Buna görə ailəm və öz adımdan Sizə təşəkkürümü bildirirəm. Biz Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gələcəyimizə inanırıq”.
 
Bakı şəhəri, Nərimanov rayon sakini Əziz Hüseynov: "Çox hörmətli cənab Prezident. Əvvəlcə Sizi və ailənizi müqəddəs Ramazan bayramı və Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah Sizi bu xalqa çox görməsin. Hələ ki, dərmanı tapılmayan COVID-19 xəstəliyi bütün dünyanı çətin vəziyyətə saldı. Azərbaycanın nisbətən sabit ölkələr arasında olması bizi nikbin düşünməyə sövq edir. Sizin dəstəyiniz və təşəbbüsləriniz, qabaqlayıcı tədbirləriniz nəticəsində bu bəlaya qarşı mübarizəmizi uğurla davam etdiririk. Hörmətli cənab Prezident, mən də hazırkı dövrdə işləmək imkanı olmayan bir şəxs kimi Sizin aztəminatlı ailələr üçün ayırdığınız 190 manat vəsaiti və Heydər Əliyev Fondunun ərzaq yardımını almışam. Bu yardımlar olmasaydı, ailəmi, iki uşağımı dolandırmaqda çətinlik çəkərdim. Allah ömrünüzü uzun etsin”.
 
İsmayıllı rayonu, Aşağıbaş kənd sakini Pərvin Hüseynov: "Hörmətli cənab Prezident. Sizin Azərbaycan dövlətinin inkişafında, ölkəmizin çiçəklənməsində rolunuz əvəzedilməzdir. Xalqımızın rifahı, ölkəmizin inkişafı daim Sizin diqqətinizin mərkəzində olub. Siz hər zamankı kimi, bu çətin günlərdə də xalqın yanında oldunuz. Aztəminatlı ailələrə ayırdığınız 190 manat məbləğində birdəfəlik ödəmə Sizin qayğınızın göstəricisidir. Ailəmiz də bu qayğıdan bəhrələndiyinə görə Sizə təşəkkür edirik. Allah Sizi daim sevindirsin. Uca rəbbimizdən Sizə uzun ömür, cansağlığı arzulayıram”.
 
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbə sakini Sevcan Qarayeva: "Çox hörmətli cənab Prezident. Mən Türkiyədə oxuyan tələbəyəm. Sizinlə fəxr edirəm. Sizin xalqımız, dövlətimiz yolunda çəkdiyiniz zəhməti görürəm və yüksək qiymətləndirirəm. Koronavirusa qarşı gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə ölüm halları çox aşağıdır. Tikdirdiyiniz xəstəxanalarla insanların sağlamlığına önəm verdiyinizi bir daha sübut edirsiniz. Fəxr edirəm ki, azərbaycanlıyam.
Virusla əlaqədar biz tələbələrin ölkəmizə qayıtması üçün təşkil edilən çarter reysinə görə çox sağ olun. Nə yaxşı ki, varsınız və hər zaman var olun".
 
Qazax rayonu, Yuxarı Salahlı kənd sakini Afaq Vəliyeva: "Hörmətli cənab Prezident. Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik. Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər gördünüz. Bu tədbirlərin sayəsində qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə müqayisədə daha azdır. Uzaqgörən siyasətinizə, aztəminatlı ailələrə edilən yardımlara görə Sizə minnətdarlığımı bildirir, "Çox sağ olun!" deyirik. Allah Sizi qorusun”.
 
Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Rahim Teymurov: "Hörmətli cənab Prezident. Hazırda bütün dünyada yayılmış koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması üçün Sizin rəhbərliyinizlə görülən işləri alqışlayırıq. Görülən işlərə, Azərbaycan xalqının qayğısına qaldığınıza, xüsusi rejimli karantin dövründə yaratdığınız şəraitə, vətəndaşların sağlamlığını qoruduğunuza, aztəminatlı insanlara birdəfəlik ödənişlərin verilməsinə görə Sizə minnətdarlığımızı bildiririk. Bu böyük diqqət bizə - Azərbaycan Respublikasının vətəndaşlarına verdiyiniz qiymətin göstəricisidir. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayıram. Allah Azərbaycanın işıqlı sabahı naminə fəaliyyətinizdə Sizə güc-qüvvət versin, yolunuz daim aşıq olsun”.
 
Bakı şəhəri, Binəqədi rayon sakini Osman Əhmədzadə: "Hörmətli cənab Prezident. Sizin "Mən həmişə xalqın dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir" sözləriniz xalqa nə dərəcədə bağlı olduğunuzu göstərir. Xalq da Sizdən dəstək görür, cənab Prezident. Bütün dünyada koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin bizə mənəvi və maddi dəstək göstərməyiniz xalqımıza qayğınızın və diqqətinizin bariz nümunəsidir. Buna görə Sizə minnətdarıq. Möhtərəm Prezident, gördüyünüz bütün işlərə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edir, yeni uğurlar arzulayıram. Biz Sizinlə fəxr edirik”.
 
Samux rayon sakini Arzu İmanov: "Möhtərəm cənab Prezident. Bu məktubu yazmaqla Sizə nə qədər çox təşəkkür etsəm azdır. Çox sağ olun ki, bu millətin, bu xalqın və bu dövlətin qayğısını çəkməyi özünüzün ən başlıca məqsədiniz hesab edirsiniz. Siz bunu bizə bu son hadisələrdə daha aydın şəkildə göstərdiniz. Vətəndaşların ağır və qayğıya ehtiyac duyduğu bir anda Siz və Mehriban xanım həm maddi, həm mənəvi baxımdan bizim yanımızda oldunuz. Bir çox Azərbaycan vətəndaşı kimi, mən də fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Hər zaman öz vətəndaşının yanında olan, onun arxasında duran və qayğısını çəkən Prezidentimizin olmasını hiss etdirdiyiniz üçün Sizə şəxsən öz və ailəmin adından "Çox sağ olun!" deyirəm. Cənab Prezident, biz hər zaman Sizi, apardığınız daxili və xarici siyasətinizi dəstəkləyirik. Müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin və onun uzaqgörən siyasətinin ən layiqli davamçısı olduğunuzu bilirik. Övladlarımızı da bu ruhda böyütməyə çalışırıq. Qoy, bu dövlətin və bu xalqın daxili və xarici düşmənləri bilsinlər və dərk etsinlər ki, mənim Prezidentim tək deyil, bütün xalqı onunladır. Allah Sizi Azərbaycanımıza çox görməsin”.
 
Sumqayıt şəhər sakini Günay İsrafilova: "Hörmətli cənab Prezident. Siz xalqının dəyərini, ölkəsinin qiymətini bilən və layiqincə dəyərləndirən bir lidersiniz. Mən 9-cu sinif şagirdiyəm. Həkim olmaq istəyirəm. Bilirəm ki, bunun üçün yaxşı oxumalıyam. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı keçirilən tədbirlər çərçivəsində məktəblər bağlandı və biz dərslərdə iştirak edə bilmədik. Amma biz dərslərdən geri qalmadıq. Sizin sayənizdə onlayn dərslər və "Virtual məktəb" layihəsi həyata keçirildi. Siz xalqımızı daim düşünürsünüz. Pandemiyanın qarşısının alınması üçün bütün tədbirləri görürsünüz. Mehriban xanım da Sizinlə birlikdə bizim qayğımıza qalır. Bu gün doğma Azərbaycanımız dünyaya günəş kimi işıq saçan incidir. Doğma yurdumuz Sizin sayənizdə gündən-günə inkişaf edir. Allah Sizi və ailənizi qorusun. Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var".

Gəncə şəhər sakini, texnika üzrə fəlsəfə doktoru Qəhrəman Namazov: "Möhtərəm cənab Prezident. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnədarlığımı bildirirəm. Yaranmış çətin vəziyyətdə həmişəki kimi düzgün qərarlar qəbul etməyiniz, yeni səhiyyə ocaqlarının, tibbi maska və ləvazimatlar istehsal edən müəssisələrin açılması təqdirəlayiqdir. Bunlar Sizin xalqın yanında olmağınızın, daim vətəndaşları düşünməyinizin daha bir sübutudur. Biz Sizinlə qürur duyuruq, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Bu il imzaladığınız Sərəncamla aralarında mənim də olduğum 176 məhkumu COVID-19 virusundan qorumaq məqsədilə əfv etməyiniz yüzlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, Sizə bir daha ölkə əhalisinin rəğbətini qazandırdı. Buna görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.
 
Astara rayonu, Siyaku kənd sakini Mikayıl Nəhmətov: "Əziz Prezident. Mən təqaüdçüyəm. İlk növbədə, müqəddəs Ramazan bayaramı və Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ulu Tanrı Sizə və xalqımıza hər zaman bol ruzi-bərəkət və müstəqil ölkəmizdə firavan həyat sürməyi qismət etsin. Dünyanı cənginə almış koronavirus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza görə Sizə minətdarıq. Siz Vətənin mənafeyini, xalqın sağlamlığını əsas tutdunuz, bizi bu bəladan qorudunuz. Sizin sayənizdə dünya ölkəmizin gücünün, qüvvətinin bir daha şahidi oldu. İnşallah, tezliklə bu qara buludlar Odlar yurdunun üzərindən tamamilə çəkilib gedər. Cənab Prezident, Siz Azərbaycan xalqının rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində müasir infrastruktur obyektləri inşa edilmişdir. Hər zaman bizim qayğımıza qaldığınıza görə Sizə və ailənizə təşəkkürümü bildirir, möhkəm cansağlığı arzulayıram”.
 
Sumqayıt şəhər sakini, 8-ci sinif şagirdi Səbinə Ömərova: "Hörmətli cənab Prezident. Dünyanı ağuşuna alan COVID-19 virusu hər kəsi qorxutdu. Azərbaycan hazırda yoluxma və sağalma sayına görə dünyada ən qabaqcıl ölkələrdən biridir. Bunlar hamısı Sizin sayənizdədir. Vəziyyətin çox ciddi olmasına rəğmən, Siz xalqımızı ruhdan düşməyə qoymadınız. Daim irəli addımladınız və bütün xalqımızla birlikdə layiqli mübarizə aparırsınız. Sizin siyasi və təşkilatçılıq bacarığınız sayəsində minlərlə Azərbaycan vətəndaşının həyatı xilas edildi. Bir hərbçi qızı olaraq Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mən həmişə fəxr edirəm ki, Vətənimin Sizin kimi rəhbəri var. Çox sağ olun ki, bu çətin günlərdə xalqımızın yanında oldunuz. Sizə minnətdaram”.
 
Hazırladı: Rufik İSMAYILOV