• şənbə, 11 May, 06:53
  • Baku Bakı 12°C

Siyavuş Novruzov: “Milli Şuradakılar özlərini xaricə satmaq üçün qiymət artımından istifadə edirlər”

12.12.13 18:34 1285
Siyavuş Novruzov: “Milli Şuradakılar özlərini xaricə satmaq üçün qiymət artımından istifadə edirlər”
“Bizim müxalifət, ümumiyyətlə, nə oldu ondan istifadə etməyə çalışır. Aidiyyəti oldu, olmadı burunlarını ora soxurlar. Məsələn, külək əsib bir ağac yıxdısa, dərhal aksiya keçirib etiraz etmək istəyirlər ki, hakimiyyət niyə divar çəkib bu küləyin qarşısını almır?”
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın qiymət artımı ilə bağlı dekabrın 15-nə təyin etdiyi mitinqə münasibət bildirərkən deyib.
S.Novruzov deyib ki, xarici ölkələrdə adətən hansısa sahədə qiymət artımı olarkən o sahənin insanları normal şəkildə haqlı olaraq buna etiraz edirlər: “Amma bizdə sahəsindən asılı olmayaq bir qrup müxalifət ortalığa düşür, öz məqsədləri üçün bundan istifadə etmək istəyir. Bu müxalifət öz funksiyalarını yerinə yetirmək əvəzinə, haradasa bəhanə axtarıb tapırlar ki, aksiya keçirsinlər və insanları aldadaraq bura cəlb etsinlər. Çünki bunların real sosial bazası yoxdur. Ona görə də istənilən məsələdən insanları cəlb etmək üçün sui-istifadə edir, xarici qüvvələrə öz etirazlarını nümayiş etdirmək istəyirlər. Yalandan ad qoyurlar ki, guya ümumxalq narazılığıdır, amma bu, tamamilə boş söhbətdir. Çünki ictimaiyyət hər şeyi aydın formada görür. Bunların da mitinqinə gəlsə, ancaq qohum-əqrəbaları, yaxın jurnalistləri gələcək. Bu, onların qiymət artımından istifadə edib özlərini xaricə satmasından başqa bir şey deyil”.
YAP rəsmisi qeyd edib ki, insanların Milli Şura ətrafında toplanması üçün gərək bu qurumdakılar sağlam təfəkkürə malik insanlar olsun: “Bunlar isə çıxıb şeir deməklə mərsiyə oxumaqdan başqa heç nə edə bilmirlər. Orada potensialı olan heç kim yoxdur. Onlar “Milli Şura” sözündə milli sözünü çox pis formada korladılar”.
banner

Oxşar Xəbərlər