AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi işdən çıxarıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi işdən çıxarıldı

Cəmiyyət
30 Oktyabr 2013, 10:49 1988
Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Silahlı Qüvvələrin Baş Klinik Hospitalın rəisi Firudin Qarabəyov tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi təyin edilib. Qeyd edək ki, F. Qarabəyov Silahlı Qüvvələrin Baş Klinik Hospitalın rəisi təyin olunana qədər Mərkəzi Hərbi Poliklinikasının rəisi vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə ehtiyatda olan zabit Tofiq Tağıyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsinə təyinat alıb.

T. Tağıyev bu gün hərbi hospitalın şəxsi heyətinə təqdim edilib.