• cümə, 29 Mart, 15:20
  • Baku Bakı 14°C

Sənətçilər yeni nazirlərdən kimləri tanıyır? Sorğu

23.10.13 14:09 1355
Sənətçilər yeni nazirlərdən kimləri tanıyır? Sorğu
Azərbaycanda sənət adamları çox nadir hallarda ölkədə baş verən siyasi dəyişikliklərə münasibət bildirirlər. Hətta bəzi hallarda bu dəyişikliklərdən xəbərdar da olmurlar.
Modern.az saytı prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamı ilə bağlı bir qrup xalq artistinin fikrini öyrənməyə çalışıb.
Onlar yeni nazirlərdən kimləri tanıyırlar? Ümumiyyətlə sözügedən sərəncamdan xəbərdardılarmı?
Brilliant Dadaşovanın məsələyə reaksiyası belə olub: “Məsləhət olub, təyin olunublar da. Prezidentimiz özü hər şeyi gözəl bilir. Onun bizim məsləhətimizə ehtiyacı yoxdur. İnşallah yeni nazirlər gözəl işlər görərlər tanıyarıq. Yeni müdafiə naziri Zakir Həsənovu tanıyıram. Dəfələrlə əsgərlərlə görüşdə onu görmüşəm”.
Azər Zeynalov isə ümumiyyyətlə sualı cavablandırmaq istəməyib: “Mən belə suallara cavab vermirəm. Bu dəqiqə məşqdəyəm”.
Mələkxanım Əyyubova isə sərəncamdan xəbərdardır və şəxsən tanıdığı nazir də var:
“Səlim Müslümovu şəxsən tanıyıram, hörmət etdiyim insandır. Bilirəm ki, Artur Rasizadə yerində qaldı. Elə şeylər var ki, mən onları dəqiq bilə bilmərəm. Prezidentimiz sərəncam veribsə, o bilir nə var, nə yox. Bu sənət aləmində olan bir şey deyil ki, deyim düzgündür, ya yox. Bu gün Səlim müəllimə zəng vurub təbrik edəcəyəm. Onunla telefonla o qədər də çox danışmıram. Amma yerliyik, şirvanlıyıq, professor adını bir gündə almışıq. Qarşılıqlı hörmətimiz var, məclislərdə görüşürük. Səfər Əbiyevin nazir postundan uzaqlaşdırılması ilə bağlı bir söz deyə billmərəm”.
Nazpəri Dostəliyeva isə sərəncamdan xəbərdar olduğunu bildirib. Amma: “Bəli, prezidentin sərəncamından xəbərim var. Siz sənət adamına zəng edirsiniz. Soruşun sənət adamlarından kimləri tanıyıram, cavab verim. Bir söz deyə bilərəm ki, prezidentimiz kimi hara məsləhət bilibsə, kimin yerini dəyişibsə, deməli belə də olmalıdır”.
Mənsum İbrahimov isə yeni təyinatlardan xəbərdar deyil. O, bunu hazırda Bakıda olmamağı ilə əlaqələndirib:
“Mən Naxçıvandayam, dəyişikliklərdən xəbərim yoxdur. Muğam müsabiqəsi bu həftə Naxçıvanda təşkil olunub, axşam canlı efirdəyik. Amma günün sonuna qədər maraqlanacağam. Vaxt olmadığına görə sərəncamı oxuya bilməmişəm”.
banner

Oxşar Xəbərlər