AZE | RUS | ENG |

Sənət adamları islahatları böyük rəğbətlə qarşılayırlar

Sənət adamları islahatları böyük rəğbətlə qarşılayırlar
Azərbaycan inkişaf etdikcə paytaxt Bakının görünüşü dəyişir. Bakı ilə yanaşı, bölgələrimiz də yeniləşir, rayonlarda yeni infrastruktur yaradılır. Bir sözlə, artıq paytaxt ilə bölgələr arasındakı fərq hiss edilmir. Bu yeniliklər, gözəlliklər təbii ki, ziyalılarımızın, mədəniyyət və incəsənət xadimlərimizin diqqətindən yayınmır.
Bunu Xalq artisti, dirijor Teymur Göyçayev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə deyib.
Dirijorun sözlərinə görə, sənət adamları Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi xüsusi diqqət və qayğını, həmçinin cəmiyyətin bütün sahələrini əhatə edən islahatları böyük rəğbətlə qarşılayırlar:
"Mən heç bir ölkədə görməmişəm ki, mədəniyyət işçiləri ilə yüksək səviyyəli görüşlər keçirilsin, onlardan hansı problemlərinin olduğu soruşulsun. Sənətkarlarımızın bir çoxu təqaüd alır, evlə təmin olunub. Şəxsən mən insana hansı qayğı lazımdırsa, hamısını cənab Prezidentdən görmüşəm. Hətta 60 illik yubileyimdə "Şöhrət” ordeni ilə təltif edildim. Prezidentə çox minnətdaram ki, mənim gördüyüm işlərə belə yüksək qiymət verir.

15-20 il əvvəl xaricə gedən dostlarımız buraya gələndə gözlərinə inanmırlar. Təəccüblənirlər ki, bu, həmin Bakıdır?! Bizim nəinki paytaxtımız, bölgələrimiz də gözəlləşir. Bölgələrdə yollar, hotellər də Avropa standartlarına uyğundur. Təbii ki, buna görə bölgələrə turist axını var və mən əminəm ki, bu axın daha da artacaq".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873