AZE | RUS | ENG |

Rusiyanın işğal olunmuş ərazilərdəki fəaliyyəti gürcüləri narahat edir

Rusiyanın işğal olunmuş ərazilərdəki fəaliyyəti gürcüləri narahat edir
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin 2018-ci ilin yekunları ilə bağlı hesabatında bununla bağlı məqamlar var

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin 2018-ci ilin yekunları ilə bağlı hesabatı ölkədə geniş rezonans doğurub. Sənədin böyük və mühüm bir hissəsi Rusiya təhlükəsinə qarşı mübarizə və Moskvadan gələn çağırışlara həsr olunub. Gürcüstan parlamentinin müdafiə, hüquqi məsələlər, insan haqları və vətəndaş inteqrasiyası, təhlükəsizlik komitələrində keçirilən dinləmələr zamanı hesabatı idarənin direktor müavini Qriqol Liluaşvili təqdim edib. O, deputatlara ötən il təmsil olunduğu qurumun fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Bildirib ki, ölkənin təhlükəsizliyi üçün əsas məsələ Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal etməsidir. Hesabatda bu problem beynəlxalq terrorizmlə, eləcə də, nüvə, radiasiya və kimyəvi təhlükəsizliklə yanaşı çəkilir. "Rusiya qoşunları işğal olunmuş rayonlarda qanunsuz qalmaqda davam edirlər. Bu da dövlətin təhlükəsizliyinə olan əsas hədədir”, - deyə Qriqol Liluaşvili təmsil etdiyi hesabatın əsas tezislərini sadalayarkən vurğulayıb. Hesabatda Rusiya Abxaziya və Cənubi Osetiyada yaşayan gürcü əhalisinə qarşı etnik və irqi ayrı-seçkilik əlamətlərinə yol verməkdə, hərbiləşdirməni gücləndirmək cəhdində günahlandırılır. Məlumat üçün bildirək ki, gürcü diplomatlar dəfələrlə işğal olunan ərazilərin silahlandırılması barədə bəyanatlar səsləndirir və Kremli burada hərbi təlimlərin sayını artırmaqda, işğal olunan ərazilərdə tikanlı xətlər çəkməkdə ittiham edirdilər. Rusiya mediası isə qarşı tərəfi ittiham edir. Məsələn, "Kommersant” yazır ki, Moskva, Suxumi və Sxinvalinin də Tbilisiyə iradları var. Əsas irad Gürcüstan hakimiyyətinin işğal altında olan ərazilərdə güc tətbiq etməməyi nəzərdə tutan sazişi imzalamaqdan imtina etməsidir. Rəsmi Tbilisi bəyan edib ki, belə bir sənədi Rusiya hakimiyyəti ilə imzalaya bilər, separatçı qurumlarla yox. Bundan əlavə, Moskva NATO dövlətlərinin Gürcüstan ərazisində təlimlər keçməsini, eləcə də, Birləşmiş Ştatların Vazianidə hərbi aerodromu yeniləməsini, eləcə də Riçar Luqar adına ictimai səhiyyə tədqiqat mərkəzinin fəaliyyət göstərməsindən narazılığını ifadə edib. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki burada ABŞ quru qoşunlarının tibbi tədqiqat mərkəzləri fəaliyyət göstərir. Dinləmələr zamanı Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin direktor müavini bəyan edib ki, tək ötən il onlar tərəfindən sosial şəbəkələri terrorçu ideyaları yaymaq üçün istifadə edən bir neçə nəfər müəyyən edilib. Gürcüstan ərazisində aparılan dezinformasiya kampaniyası və "hibrid müharibəsi” də az təhlükə törətmir. "Yalan xəbərlər, tarixin saxtalaşdırılması, əhalinin qütbləşdirilməsi, fobiyanın yayılması, ictimai rəylə manipulyasiyalara yol verilməsi - budur Gürcüstana qarşı hibrid müharibənin elementləri” - deyə direktor müavini vurğulayıb. Yeri gəlmişkən, bu, Rusiyaya qarşı Qərbdən qaynaqlanan əsas tezislərin bir hissəsidir. Rusiya tərəfi dəfələrlə bunu təkzib edərək, Qərb ölkələrinə qarşı əks ittihamlar irəli sürürlər. Liluaşvili bildirib ki, ötən il 169 şəxsi müəyyən edib ki, onların da 37-i xarici xüsusi xidmət orqanları ilə əlaqədə olan kritik əhəmiyyətli şəxs kimi qiymətləndirilib. Müxalifət dərhal müəyyən etməyə cəhd göstərib – onlardan neçə nəfər həbs olunub və məhkəmə qarşısına çıxarılıb. Bəlli olub ki, heç kim. Bu da hakimiyyətin opponentlərinin hiddətinə səbəb olub. "Əgər Rusiya Gürcüstana qarşı aktiv fəaliyyət göstərirsə, casusluq fəaliyyəti üçün insanlar göndərirsə - niyə heç kim həbs olunmayıb?” - deyə "Avropa Gürcüstanı” partiyasından olan deputat Serqo Ratiani bəyan edib. O, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətini ölkə daxilində korrupsiyaya qarşı irimiqyaslı mübarizə apara bilməməkdə ittiham edib. Parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri İrakli Sesiaşvili bildirib ki, xüsusi xidmətlər orqanları məqsədyönlülük fəaliyyət prinsipindən çıxış edərək işləyir. Məhz Rusiya, onun qənaətincə, başlıca təhlükədir və Rusiya xüsusi xidmət orqanları Gürcüstana qarşı işğal olunmuş ərazilərdən aktiv fəaliyyət göstərirlər. Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat” Partiyasından olan deputatlar Qriqol Liluaşvilidən tələb ediblər ki, tək Rusiyanın Baş Kəşfiyyat İdarəsi, Federal Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat İdarələrinin pozuculuq fəaliyyətindən deyil, həm də hakimiyyətin yuxarı təbəqələrindəki korrupsiya faktları barədə danışsın. Belə ki, "elit korrupsiya”ya qarşı mübarizə adıçəkilən qurumun əsas funksiyalarından biridir. "Bununla bağlı hesabatda, çıxışda heç nə bildirilmir”, -deyə partiyadan olan deputat, Gürcüstanın Aİ-dəki keçmiş səfiri Salome Sadaşvili bəyan edib. Onun qənaətincə, təhlükəsizlik xidməti korrupsiya ilə mübarizə apara bilmir. Çünki onun rəhbərləri də korrupsionerlərdir. Lakin ekspertlərin yekun qənaəti budur ki, sənəd bütövlükdə diplomatik ruhda hazırlanıb və Rusiyanın adı orada nadir hallarda çəkilir. Hesabat müəllifləri daha çox əcnəbi dövlətin xüsusi xidməti ifadəsi ifadəsini işlətməyə üstünlük veriblər.   Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775