Rusiya və Türkiyə prezidentlərinin Düşənbədə görüşü olub

Rusiya və Türkiyə prezidentlərinin Düşənbədə görüşü olub

Siyasət
15 İyun 2019, 13:22 229
Rusiya Prezidenti Vladimir Putin Düşənbədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə qısa görüş keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. O bildirib ki, Rusiya və Türkiyə prezidentləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə toplantısı çərçivəsində qısa görüş keçiriblər. D.Peskov əlavə edib ki, dövlət başçılarının ayrıca daha geniş görüşü nəzərdə tutulmayıb.