• cümə, 29 Mart, 15:33
  • Baku Bakı 14°C

Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

01.10.20 16:52 544
Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişə zonasında eskalasiyanı qəti şəkildə pisləyir.
Trend-in məlumatına görə, bu barədə prezidentlərin birgə bəyanatında deyilir
Bəyanatda münaqişə nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verilib:
"Biz münaqişə tərəflərini döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırırıq. Biz, həmçinin Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə tənzimləmə üzrə ilkin şərtlər olmadan danışıqların bərpa olunması məqsədilə üzərlərinə öhdəlik götürməyə çağırırıq”.
banner

Oxşar Xəbərlər