AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rus dilində imtahan verən abituriyentlər üçün ali məktəblərə qəbul qaydaları dəyişib

Rus dilində imtahan verən abituriyentlər üçün ali məktəblərə qəbul qaydaları dəyişib

Cəmiyyət
17 Fevral 2020, 20:41 1248
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, Qaydalara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.
İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır.

İndiyə qədər imtahanın davametmə müddəti 45 dəqiqə olub. Dəyişikliyə əsasən, bu müddət 45 dəqiqədən 1 saat 30 dəqiqəyə qaldırılıb.
Qeyd edək ki, bu imtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir və "məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.
Nazirlər Kabineti "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları” və "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda da müvafiq dəyişiklik edilib.