Qraf Lev Tolstoyun “Anna Karenina” romanında “Ailə düşüncəsi”
Romanın ilk
nəşrlərində (həmin nəşrlərdən birində əsər ironik şəkildə "Afərin xala” başlığı
ilə təqdim edilmişdir) qəhrəman nə fiziki
görünüşcə, nə də mənəvi və daxili tərəfi ilə cazibədar deyildi. Onun əri
daha yaraşıqlı görünürdü.
Yazıçılar arasında romanı təkcə F.M.Dostoyevski yüksək qiymətləndirmişdir. M.Saltıkov-Şedrin bütün radikal tənqidçilər kimi əsərin zərərli tendensiyaya malik olduğunu bildirirdi. Nekrasov isə alçaldıcı epiqramdan istifadə edərək yazırdı:
Tolstoy , sən səbr və istedadınla sübut etdin ki,
"eyş-işrətlə məşğul olmamalıdır” qadın.
Anadır, qadındır o – gərək çalışıb
Kimsəylə hallandırmasın adın.
Qərbyönümlü Turgenev "Anna Karenina”nın hələ ilk fəsilləri çap edildiyi zaman A.S.Suvorinə 14 mart 1875-ci il tarixli məktubunda kinayə ilə "Moskvanın slavyanpərəst mülkədarlığına, yaşı ötmüş pravoslav qızlarına təsiri haqqında” qeyd edir. Tolstoyun real ictimai mövqeyi həmin illərdə bəzi təfsilatlarda sadəcə slavyanpərəstliklə uzlaşmışdır. N.N.Straxova məktublarından birində Tolstoy aydın və kəskin şəkildə bildirmişdir: "İkisindən birini seçməli: ya slavyanpərəstliyi, ya da İncili”.
Romanın süjeti
Puşkinin "Yevgeni Onegin”i ilə yaxındır: "Aydındır ki, "Anna Karenina” "Yevgeni
Onegin”in bitdiyi yerdən başlayır. Tolstoy güman edirdi ki, ümumiyyətlə
hekayəni qəhrəmanın evlənməsi və ya ərə getməsi ilə başlamaq lazımdır. Puşkinin
ahəngdar dünyasında qorunub saxlanan nikah tarazlığı romanın həyəcan dolu
dünyasında dağılaraq bərbad qalır. Amma hər halda "Anna Karenina”da əfsanə
faciəyə qələbə çalır. Lev Tolstoyun romanda "ailə düşüncəsi”ndən ilhamlanmasına baxmayaraq, Levinə dinclik verməyən həyatın mənasının
axtarışları sevginin və ya ailənin astanasında deyil.
Roman "Hərb və
sülh” əsəri kimi "dolaşıqlıq”lara söykənir. Hadisələr qəhrəmanın ölümündən
sonra da davam edir. Müəllif əsərin konstruktiv prinsipini izah edərkən ayrıca
nəşrin hazırlığında iştirak etmiş N.N.Straxova (Nikolay Nikolayeviç Straxov –
1828-1896. Rus filosofu, publisist, tənqidçi – X.N.) yazırdı: "Əgər mən roman vasitəsilə çatdıracaqlarımı
sözlə ifadə etmək istəsəydim, ilk başda yazdığım romanı yenidən yazmalı
olacaqdım. Və əgər uzaqgörən tənqidçilər
mənim ancaq bəyəndiyim hadisələri, məsələn,
Oblonskinin nahar etdiyi səhnəni və Kareninanın çiyinlərinin formasını təsvir
etmək istədiyimi düşünürlərsə, yanılırlar. Demək olar ki, bütün yazdıqlarımda
mənə özümü ifadə etməyim üçün bir-biri ilə bağlı düşüncələrimin toplusu
rəhbərlik edirdi, amma hər bir fikir xüsusilə də sözlə ifadə olunan fikir qərar
tutduğu dolaşıqlıqdan azad olduqda mənasını itirir, təsir gücü təhlükəli
dərəcədə azalır. Dolaşıqlıq özü isə nə fikirlə baş verir, nə də onu sözlə ifadə
etmək mümkün deyil. Sözlərlə ancaq
obrazları, hadisələri, vəziyyəti təsvir etmək olar” (23 aprel 1876-cı ildə
yazılmış məktubdan).
"Anna
Karenina”nın müəllifi digər müxbir S.A.Raçinskiyə də oxşar şəkildə izahat
verib: "A.Karenina haqqındakı qənaətləriniz mənə yanlış təsir bağışlayır. Mən
əksinə, əsərin inşası ilə fəxr edirəm – ilmələr elə quraşdırılıb ki, hətta
açarın harada olduğunu da görmək mümkün deyil. Mənim yaratmağa çalışdığım da
elə bu idi. İnşaatın əlaqəsi fabulada və şəxslərin arasındakı münasibətlərdə
(tanışlıqda) deyil, daxili əlaqədədir. Doğrudur, siz onu orada axtarmırsız və
ya biz əlaqəni başqa cür başa düşürük. Amma diqqətlə baxsaz, mənim əlaqə
pərdəsi altında güman etdiyimi – bu işi mənim üçün mühüm edən əlaqə məhz
oradadır, tapa bilərsiz”.
Müəllif özü əsəri
"geniş, müstəqil roman” adlandırır.
Əsas qəhrəman
Anna Karenina incə təbiətli, vicdanlı şəxsdir, sevgilisi qraf Vronski ilə
həqiqi, möhkəm hisslərlə bağlıdır. Annanın əri yüksək çinli məmur Karenin sanki
qəlbsiz və rəhmsizdir, amma bəzi məqamlarda həqiqi xristiana məxsus mərhəmətli
hisslərini büruzə verə bilir. "Karenon” yunan dilində (Homerin əsərində) "baş” mənasını ifadə edir.
1870-ci ilin dekabrında Tolstoy yunan dilini öyrənirdi. Tolstoyun oğlu Sergeyə
etirafına görə "Karenin” soyadı bu sözdən əmələ gəlib. "Görəsən, Annanın ərinin
bu soyadla adlandırmasının səbəbi Kareninin məhz qəlbi ilə deyil, beyni ilə
qərar verməsidir?” – S.L.Tolstoyun "Anna Karenina”da həyat lövhələri”
kitabından.Tolstoy sanki
Annaya haqq qazandıran vəziyyətlər yaradır. Yazıçı romanda digər kübar qadın
olan Betsi Tverskinin münasibətlərindən yazır. Qadın həmin münasibətləri elan və
bəyan etmədən cəmiyyətdə yüksək mövqeyi
və hörmətini qoruyub saxlayır. Anna isə açıq sözlüdür, Vronski ilə münasibətlərini
gizlətmir və ərindən boşanmağa hədəflənir. Bununla belə, Tolstoy Annanı
Tanrının adı ilə mühakimə edir. Ərinə xəyanətin cəzası qəhrəmanın intiharı ilə
nəticələnir. Onun ölümü ilahi ədalətin təzahürüdür: Tolstoy romana epiqraf
olaraq İncildən Tanrının kəlamını seçmişdir: "Qisas almaq mənə
məxsusdur, əməllərin cəzasını mən verərəm”. Anna həyatına intiharla son qoyur, lakin bu ölüm
Tanrının mükafatı olur – Annanın ilahi cəzasının mənası Tolstoy tərəfindən aşkara çıxmır. (Bundan başqa Tolstoyun
fikrincə ali məhkəmə qarşısına təkcə Anna deyil, həm də digər günahkar
personajlar, xüsusilə də Vronski çıxmalıdır). Tolstoyun nəzərində Annanın
günahı qadın və ana vəzifələrindən boyun qaçırmasıdır. Vronski ilə
münasibətlərinin bitməsi təkcə evlilik andının pozulması deyil. Bu hadisə
Kareninlər ailəsinin məhvinə səbəb olur: onların oğlu Seryoja anasız böyüyür,
Anna ilə əri isə oğullarının uğrunda öz aralarında mübarizə aparırlar. Annanın
Vronskiyə sevgisi fiziki marağın üzərində hökm edən mənəvi başlanğıcdan yaranan
ali hiss deyil, kor-koranə və məhvə aparan ehtirasdır. Onun simvolu Anna ilə
Vronskinin eşqlərini bir-birinə etiraf edən zaman baş verən çovğundur. Anna
şüurlu şəkildə ailəni mühafizə edən ilahi qanunun əleyhinə gedir. Müəllifin
nəzərində onun günahı məhz bundadır.
Sonralar
Tolstoy "Anna Karenina”nın epiqrafındakı İncil kəlamı haqqında yazırdı:
"İnsanlar bir çox pisliyi özlərinə və bir-birinə o səbəbdən edir ki, zəif,
günahkar insanlar digər insanları cəzalandırmaq hüququnu öz üzərlərinə
götürsünlər. "Qisas almaq mənə məxsusdur, əməllərin cəzasını mən
verəcəm”. "Ancaq Tanrı
cəzalandırır, özü də insan vasitəsilə”. A.A.Fet (Afanasi Afanasyeviç Fet –
1820-1892. Rus şairi, tərcüməçi – X.N.) qeydlərində yazırdı: "Tolstoy "cəzanı
mən verərəm” kəlmələrini əlahəzrətin çubuğu qismində deyil, hadisələrin cəza
gücü olaraq qeyd edir”. Ağır nəsihət, yaxınlarını mühakimə etmək arzusu Tolstoy
tərəfindən rədd edilir – buna ancaq Karenini Annanın əleyhinə kökləyən qrafinya Lidiya İvanovna kimi rəhmsiz və riyakar, dindar təbiətli qadınlar
qadirdir. "Romanın epiqrafı öz birbaşa
mənasında o qədər xüsusidir ki, oxucunun ona digər mənalar verməsinə də səbəb
ola bilər: "Qisas almaq mənə
məxsusdur, əməllərin cəzasını mən verərəm”. Ancaq Tanrı
cəza vermək hüququna sahibdir, insanların isə mühakimə etmək hüququ yoxdur. Bu,
təkcə fərqli məna deyil, həm də ilkin mənaya əks mövqedir. Romanda həll
edilməmiş mövzunun – dərinliyin, həqiqətin və beləliklə də həll edilməzliyin
pafosu getdikcə daha aydın nəzərə çarpır. "Anna Karenina”da bircə müstəsna və
qeyd-şərtsiz həqiqət yoxdur – burada bir çox həqiqətlər yanaşı mövcud olub eyni
anda öz aralarında qarşılaşır” – Y.A.Maymin epiqrafı bu cür şərh edir.
Amma bu
məsələyə başqa cür şərh də vermək olar.
Məsihin kəlamına görə "sizə verilən qədər də sizdən tələb olunacaq”.
Annaya sədaqətli Betsi Tverski və ya
Stiv Oblonskidən daha artıq nemət verilib. Anna onlardan ruhən zəngin və
həssasdır. Bu cür izah romanın tamamlanmış birinci redaksiyasında epiqrafın
mətndəki mənası ilə uyğun gəlir: "Ailə qurmaq bəziləri üçün əyləncə, digərləri
üçün isə dünyadakı ən müdrik hadisədir”. Anna üçün ailə, nikah zarafat deyil,
elə günahı da bu səbəbdən ağırlaşır.
Tolstoyun
romanında üç süjet xətti – üç ailənin hekayəsi birləşir. Bu üç hekayə eyni
zamanda oxşar və fərqlidir. Anna seçim qarşısında qalarkən ailəsini məhv edərək eşqə üstünlük verir.
Qardaşı Stiv Oblonskinin arvadı Dolli xoşbəxtliyin və övladlarının rifahı
naminə ərinin xəyanəti ilə barışır. Konstantin Levin Dollinin gənc və gözəl
bacısı Kitti Şerbatski ilə evlənərək həqiqətən ər və arvadın eyni cür düşünüb
hiss edərək vəhdət yaradacağı mənəvi cəhətdən də saf ailə qurmağa hədəflənir.
Bu yolda tamah və çətinliklər onu izləyir. Arvadı Levini anlamır: Kiti onun
xalqla yaxınlaşmaq arzusuna yabançıdır.
Q.Y.Qalaqan (Qalina Yakovlevna Qalaqan – 1935-2014. Rus ədəbiyyatçısı,
filologiya elmləri namizədi – X.N.) romanın qəhrəmanlarının taleyini, onların
həyat seçimini Tolstoyun "Etiraf” adlı traktatında xatırladığı yolçu və əjdaha
haqqındakı şərq əfsanəsinin izahı ilə uyğunlaşdırır. "Etiraf”da Tolstoy həyatın
qorxularından qoruna bilmək üçün dörd üsul haqqında yazır: bunlar cahillikdən qurtulmaq, epikürlükdən
(Epikürlük – şəxsi komfortunu hər şeydən üstün bilib, onun qayğısına qalmaqdır.
Həzz və zövqlər ardınca daimi təqibdir – X.N.) qurtulmaq, güc və enerjinin
sərfi (intihar bacarığı) və zəiflikdən xilasdır (həyatda illüziya ümidi zamanı
məna və qurtuluş əldə etmək). Əvvəlcədən özünü məhvetməyə yönələn "Bu
yollardan (hələ traktatdakı öz
fəlsəfi-simvolik izahına qədər) hər biri
(təkcə "Dərketmə” yolu deyil) "Anna Karenina”nın bədii məxəzində obrazlı
mücəssəməsini əldə etmişdir. Rus "ziyalı kəsiminin” taleyini simvolizə edən və
daxilən bir-biri ilə sıx bağlı olan bixəbərlərin yolu (Karenin və Vronski),
epikürlük yolu "Stiva Oblonski”, "güc və enerji yolu” (Anna) və "zəiflikdən
dərketməyə doğru uzanan yol (Levin)
romanın sosial-fəlsəfi istiqamətini təyin edir.”
Mübahisəyə
səbəb ola biləcək bəzi məqamlar da var. Annanın intiharını – bunun "fəlsəfi” mənada həyatına son qoymaq deyil,
sevgilisinin ona qarşı soyuq davrandığını düşünən bir qadının intiharı olduğu
olduqca mühümdür – "güc və enerjinin” çıxışı adlandırmaq çətindir. Amma yenə də
romanın və traktatın əsas quruluşunda bu cür təsdiqlənir.
Levinin Kiti ilə
evlilik tarixçəsi, onların nikahı və Levinin mənəvi axtarışları avtobioqrafikdir.
(Onun soyadı Lyovin kimi səslənir. Tolstoyu ailə çevrəsində adının rus
mənşəyinə görə "Lyov Nikolayeviç” adlandırırdılar). Bu, bir çox məqamlarda Lev
Nikolayeviçlə Sofya Andreyevnanın nikahı və ailə həyatını əks etdirir.
(Beləliklə, Levinlə Kitinin söhbəti Tolstoyun Sofya Andreyevna ilə yazıçının
arvadının gündəlikdə qeyd etdiyi söhbəti ilə eynidir). Romanın digər
personajları da asanlıqla tanınır (məsələn, Levinin qardaşının proobrazı
yazıçının qardaşı Dmitri Nikolayeviçdir).Romanın
fərqləndirici bədii xüsusiyyəti öncəgörmə və xəbərdarlıq vəzifəsini yerinə
yetirən situasiya və obrazların təkrarlanmasıdır. Anna Vronski ilə dəmiryol
vağzalında tanış olur. Anna ilk görüşdə,
yeni tanışının ona marağını hiss etdiyi anda qatar qoşquçusu əzilib
həlak olur. Elə Vronski ilə Annanın
bir-birinə sevgi etirafları da dəmiryol stansiyasında baş tutur. Vronskinin
Annaya qarşı soyuq münasibəti qadının intiharına səbəb olur: Anna özünü qatarın
altına atır. Dəmiryolu obrazı romanda ehtiras, ölüm qorxusu, soyuq və ruhsuz
dəmir motivləri ilə uzlaşır. Annanın ölümündə Vronskinin günahı at yarışları
səhnəsində Vronskinin səriştəsizliyi ucbatından
Fru-Fru adlı gözəl atın onurğasını sındıranda sezilir. Atın ölümü sanki
Annanın taleyini xəbər verir. Annanın dəmirlə çalışan mujiki gördüyü yuxuları
da simvolikdir. Onun obrazı dəmiryol işçilərinin obrazları ilə, eyni zamanda
təhlükə və ölümlə həmahəngdir. Metal və dəmir yolu romanda qorxu mənasına
malikdir.
Kompozisiyanın
zərif və dərin təsnifatı, romandakı təsadüflər
haqqında poetika çex yazıçısı Milan Kunderaya məxsusdur: "Anna romanın
əvvəlində Vronski ilə qəribə şərtlərdə görüşür. Qadın az əvvəl kiminsə qatarın
altına yıxıldığı perronda dayanıb. Romanın sonunda Anna özünü qatarın altına
atır. Romanın əvvəlində və sonunda eyni motiv yaradan bu simmetrik kompozisiya
sizə "əsl roman” təsiri bağışlaya bilər. Razılaşıram, amma bir şərtlə ki,
"roman kimi” sözünü "quraşdırılmış”, "süni”, "həyata bənzəməyən” deyə başa
düşməyəsiz. Zira, insan həyatı məhz bu cür qurulur.
O, həm də musiqi əsəri kimi quraşdırılır.
Gözəllik hissi ilə tanış olan insan təsadüfi hadisəni (vağzalda ölüm) həyatının
kompozisiyasında həmişəlik qalacaq motiv şəklinə salır. İnsan həmin hadisəyə
qayıdır, onu təkrarlayır, dəyişir, inkişaf etdirir – o, yazdığı sonatanın
mövzusu üzərində çalışan bəstəkar kimidir. Axı, Anna başqa cür də intihar edə
bilərdi! Amma vağzal və ölüm motivi – sevginin yaranması ilə əlaqəli bu
unudulmaz motiv onu qəmli gözəlliyi ilə ümidsizlik anında cəlb edir. İnsan özü
də hiss etmədən hətta ən çıxılmaz
vəziyyətdə belə öz həyatını gözəllik qanunları ilə yaradır.
Romanın
başdan-ayağa təsadüflərlə, sirli görüşlərlə dolu olduğunu düşünmək doğru olmaz
(məsələn, Vronskinin vağzal və ölümlə görüşü kimi), amma ömrünün sonunda bu cür
təsadüfləri gözdən qaçıran insanı qınamamaq mümkün deyil. Bununla da onun
həyatı gözəllik ölçüsündən məhrum olur. (M.Kundera. "Varlığın dözülməz
yüngüllüyü”. Roman)
Vronski ilə
Annanın perronda görüşü zamanı şaxtanın,
qasırğanın baş verməsi də simvolikdir. Bu,
məşum və qarşısıalınmaz ehtirasın işarəsidir. Annanın doğuş zamanı ölüm
təhlükəsinin olacağı barədə xəbərdarlıq edildiyi yuxusu da dərin məna kəsb
edir: Anna doğuş zamanı vəfat edir, lakin qızını dünyaya gətirərkən deyil,
Vronskiyə sevgisi ilə yeni həyat əldə edərkən: yeni həyata başlamır, qızını
sevə bilmir, sevgilisi onu başa düşmür.
"Anna Karenina”da Tolstoy daxili monoloq pryomundan,
xaotok, davamlı olaraq dəyişən müşahidələrin, ətraf aləm və qəhrəmanın
düşüncələrinin (Annanın dava-dalaşdan sonra Vronski ilə vağzala getməsi)
təsvirindən istifadə edir."Anna Karenina” təkcə bütöv şəkildə fəlsəfi
anlamlı əsər deyil, həm də aktual mövzudur. Romandakı hadisələr 1873-1876-cı
illər aralığında baş verir, müəllif kəndli islahatlarından, azad məhkəmənin
yaradılmasından, hərbi islahatdan, dirçəlməkdə olar serblərə kömək məqsədi ilə
könüllü hərəkatdan bəhs edən ən zəruri mövzulara müraciət edir. Tolstoy
islahatları olduqca sərt qiymətləndirir: qərb müəssisələrini düşünmədən qəbul
etmək zərərlidir, mülkədar təsərrüfat sistemi sarsılmışdır. Qəbul edilən liberal düşüncələrə cəsarətlə
etiraz edən ideoloq-qəhrəman isə
Levindir.
"Tolstoyun romanına əsasən daxilən kəskin
ziddiyyətlərlə dolu olan, dəyişkən xarakterli islahatlar dövründəki prosesləri
dərindən öyrənmək mümkündür. Bu dövrdə
həqiqətən də "hər şey tərsinə çevrilir və yoluna düşür”. Bu kimi fikirlər dövrü
olduqca dəqiq xarakterizə edir”. (Maymin Y.A. "Lev Tolstoy”)
"Anna Karenina”nın tənqiddə bəxti "Hərb və
sülh”dən də az gətirib. Bədxah tənqid romanı yüksək cəmiyyətin mədhi və tərifi
kimi qəbul edir, həmin dövrün nəhəng tənqidçisi N.K.Mixaylovski Tolstoyun
pedaqoji baxışlarını analiz etməyə üstünlük verərkən praktiki olaraq romanı
rədd edirdi və "Anna Karenina”nın kübar cəmiyyətin romanı olduğunu bildirirdi.
"Tolstoyun sağ və sol əli” məqaləsində romanın müəllifi haqqında qeyd edir:
"Doğrudur, burada o, cəmiyyətin (insaniyyətdən kənar olmasa da) əsasən məhz bu
təbəqəsinin maraqlarının, hiss və düşüncələrinin yaxın olduğu insan kimi
məmnunluq duyur. Elə buradan da qraf
Tolstoyun düzgün hesab etdiyi yolundan dönməsi baş verir, onun sağ əli də bu
yerdən başlayır”. Həqiqətən də, Anna Karenina ilə qrafın yavəri Vronskinin
qarşılıqlı sevgisindəki gözlənilməz dəyişikliklər və ya Nataşa Bezuxovanın,
Qrafinya Rostovonanın həyatını geniş və əhatəli analizini aparmaq hansı
mətləbdən xəbər verir? Qraf Tolstoyun özünün sözləri ilə desək, açıqlama
analizin minlərlə nüsxəsində gizlənir, məsələn, sevdiyi atının onurğasının
qırılması fonunda qraf Vronskinin hissləri özülüyündə "qəbahətli” əmələ
bənzəmir. "Bundan pul və şöhrət əldə etmək ona xoşdur”, bizimçün isə "cəmiyyətə”, əsasən kübar cəmiyyətə məxsus
insanları əks etdirən gözəl bədii güzgüyə
baxmaq olduqca maraqlıdır (Tolstoyun "Təhsilin tərəqqisi və tərifi”
məqaləsindən).Sol radikallarda
olduğu kimi mühafizəkar tənqiddə də roman ali kübar həyatı əks etdirən əsər
olaraq qələmə verilir (V.Q.Avseenko "Qraf Tolstoyun yeni romanı münasibəti
ilə”. 1877 ). Amma romanın jurnal variantının naşiri M.N.Katkov romanın
ideyasını köhnəlmiş hesab edirdi (Russkiy vestnik. 1877).
Roman
qeyri-ideoloji tənqid zamanı da yetərincə qiymətləndirilmədi. Əslində isə,
roman həqiqi qiymətini ala bilməmişdir. A.V.Stankeviç "Vestnik Yevropı”nın
(1878) səhifələrində Tolstoyun bir deyil iki roman ərsəyə gətirdiyini iddia
edərək müəllifi kompozisiya və janr qanunlarını pozmaqda günahlandırırdı. Yazıçılar arasında romanı təkcə F.M.Dostoyevski yüksək qiymətləndirmişdir. M.Saltıkov-Şedrin bütün radikal tənqidçilər kimi əsərin zərərli tendensiyaya malik olduğunu bildirirdi. Nekrasov isə alçaldıcı epiqramdan istifadə edərək yazırdı:
Tolstoy , sən səbr və istedadınla sübut etdin ki,
"eyş-işrətlə məşğul olmamalıdır” qadın.
Anadır, qadındır o – gərək çalışıb
Kimsəylə hallandırmasın adın.
Qərbyönümlü Turgenev "Anna Karenina”nın hələ ilk fəsilləri çap edildiyi zaman A.S.Suvorinə 14 mart 1875-ci il tarixli məktubunda kinayə ilə "Moskvanın slavyanpərəst mülkədarlığına, yaşı ötmüş pravoslav qızlarına təsiri haqqında” qeyd edir. Tolstoyun real ictimai mövqeyi həmin illərdə bəzi təfsilatlarda sadəcə slavyanpərəstliklə uzlaşmışdır. N.N.Straxova məktublarından birində Tolstoy aydın və kəskin şəkildə bildirmişdir: "İkisindən birini seçməli: ya slavyanpərəstliyi, ya da İncili”.
Yazıçının
mövqeyinin slavyanpərəstlikdən fərqi N.K.Mixaylovski tərəfindən dəqiq qeyd
edilmişdir. Ümumiyyətlə, slavyanpərəstlər Tolstoya qərbyönümlülərdən daha yaxın
idi. Hətta həyatının qürubunda da Tolstoy aşkar şəkildə kilsənin,
provoslavlığın əleyhinə mövqe nümayiş etdirirdi. 19 iyul 1905-ci ildə Lev Nikolayeviç
slavyanpərəstlər haqqında söhbət açmışdır:
– Onlar
üçün ilkin planda mütləqiyyət dayanırdı; ikinci planda – provoslavlıq;
üçüncüdə - xəlqilik. Rus xalqına ehtiramla. Mütləqiyyəti elə təsvir edirdilər
ki, qərəzsiz, arbitr olan çar kimi. Qərbçilik uzaqlaşdırır – deyirdi L.N. –
Qərbdə bizim əvvəlcədən söylədiklərimizi təkrarlayırlar... daha sonra isə
insanlar gözəlləşir...” (D.P.Makovitskinin Yasnaya Polyanadan qeydləri.
1904-1910)Andrey Mixayloviç Rançin
(Lomonosov adına MDU-də Filologiya elmləri doktoru, professor)
(Lomonosov adına MDU-də Filologiya elmləri doktoru, professor)
Mənbə: portal-slovo.ru
Rus dilindən tərcümə edən: Xatirə Nurgül