AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qırğız Prezidenti, Macarıstanın Baş naziri və Türk Şurasının Baş katibi Dağlıq Qarabağdakı gərginliyə münasibət bildiriblər

Qırğız Prezidenti, Macarıstanın Baş naziri və Türk Şurasının Baş katibi Dağlıq Qarabağdakı gərginliyə münasibət bildiriblər

Cəmiyyət
01 Oktyabr 2020, 22:56 167

Sentyabrın 29-da Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə Türk Şurasının Budapeşt Ofisini ziyarət edib.
APA xəbər verir ki, ofisdə Türk Şurasının Baş katibi Bağdad Amreyevin də iştirakı ilə üçtərəfli görüş keçirilib.

Tərəflər görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb və münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinin əhəmiyyəti ilə bağlı mövqelərini bir daha təkrarlayıb.