• çərşənbə, 24 Aprel, 22:26
  • Baku Bakı 23°C

Qərb Ermənistan hakimiyyətinin addımlarından narazıdır

13.02.20 18:22 1400
Qərb Ermənistan hakimiyyətinin addımlarından narazıdır
"Qolos Armenii”: "Paşinyan dövləti zərbə altına qoyub”

Avropa Şurasının keçmiş sədri, hazırda Avropa Xalq Partiyasına sədrliyi həyata keçirən Donald Tusk Ermənistan hakimiyyətinin fəaliyyətindən narazılığını ifadə edib. O, Yerevanı Konstitusiyanın dəyişdirilməsinə yönəlik cəhdlərlə bağlı Avropa Şurası Venesiya Komissiyası ilə məsləhətləşmələr aparmağa çağırıb. Bəllidir ki, baş nazir Nikol Paşinyanın referendum keçirməklə hədəfi heç də dəyişikliklər deyil, Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyandır. Venesiya Komissiyasının sədri və AŞ PA-nın məruzəçiləri də Konstitusiya Məhkəməsinin sədrinə qarşı bu tipli hərəkətlərin yolverilməzliyini irəli sürüblər. "Qolos Armenii” yazır ki, ikinci prezident Robert Koçaryanın KM-dəki nümayəndəsi Aram Vardenyan hesab edir ki, yaranmış vəziyyətdə hakimiyyətin bütün hərəkətləri Robert Koçaryanın işi ilə bağlıdır. Onun sözlərinə görə, əgər Q.Tovmosyan Venesiya Komissiyası və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsəydi, onda proseslər başqa istiqamətdə və indiki kimi sürətli olmazdı. Əlavə edir ki, Venesiya Komissiyası Ermənistan hökumətinin onun müraciətinə reaksiya verməməsini diqqətdən kənar saxlamamalıdır. Müəllif hesab edir ki, Paşinyan Ermənistan Avropa Şurasına üzv olduğu dövrdə üzərinə götürdüyü öhdəliklərin, rəhbər tutduğu prinsiplərin üstündən xətt çəkib. Bununla da zərbəni özünə qarşı deyil, Ermənistana yönəltmiş olub.
"1in.am” isə yazır ki, "konstitusiyanın dəyişdirilməsi üçün referendumun keçirilməsi, şübhəsiz, çoxqatlı və aralıq oyundur. Bu, yeni hakimiyyətə, konkret Nikol Paşinyana inqilab sonrası Ermənistanda hazırda, indiki mərhələdə mövcud olan bir neçə əhəmiyyətli məsələni həll etməyə imkan verəcək. Böyük ölçüdə məhz Paşinyana imkan verəcək, çünki bu məsələlərin dairəsinə baş nazirin qarşısında duran və mövcudluğunu bir sıra bəyanatlarında etiraf etdiyi idarəçilik sisteminin effektivliyi problemi də daxildir”.
O da vurğulanır ki, referendumun keçirilməsi yeni inqilabi nəfəs anlamına gəlir. Digər tərəfdən, siyasi proseslərin geniş və çoxqatlı idarəçiliyə şərait yaradır.Bu da siyasi sferada toplanmış gərginliyi müəyyən dərəcədə azaltmağa və onun idarəçilik dərəcəsini yüksəltməyə imkan verə bilər.
Ermənistanın "Politik.am” nəşri isə yazır ki, ölkədə artıq, sanki "Bəli” düşərgəsi formalaşır. "Suren Papikyanın "Bəli” kampaniyasına rəhbərlik edəcəyi də məlumdur. Qeyri-hökumət düşərgəsində isə sanki tələsmədikləri görünür. İstər parlament olsun, istərsə də parlamentdənkənar, keçmiş hakimiyyət və müxalifət düşərgəsi "Xeyr” hərəkatına rəhbərlik etməyə tələsmirlər. "Facebook”da "Xeyr” kampaniyasına kimin rəhbərlik edəcəyi ilə bağlı bir sual olsa da, buna cavab hələ ki yoxdur. Əslində bu, düzgün taktikadır. Məsələn, qeyri-hakimiyyət qüvvələrdən və ya keçmiş hökumət düşərgələrindən hər hansı biri "Xeyr”ə rəhbərlik edərsə, bu, şübhəsiz ki, Paşinyan üçün təbliğat mövzusunu təmin etmiş olacaq. Çünki hamımız başa düşürük ki, referendum kampaniyası zamanı Paşinyan, əsasən əvvəlki hakimiyyətin geri qayıtmasının qarşısını almaq, onlara qara yaxmaq kimi mövzulardan geniş bəhrələnəcək. O, "Xeyr” tərəfdarlarına, dövlət əleyhinə anti-millətçi açıqlamalar və digər tezislərlə diqqət yönəldəcək. Əgər, "Xeyr” düşərgəsindən kimsə danışmazsa, Paşinyan tək aktyor tamaşasını oynamalı olacaq. Bu vəziyyətdə Paşinyanın təbliğatı olduqca gülməli olacaq. Qarşıdakı referendumda Paşinyanın qələbəsi "Pirr zəfəri”nə bənzər kimi olacaq, o, heç nə naminə böyük itki verəcək. Siyasi arena bu taktikanı sanki yaxşı başa düşüb və təsadüfi deyil ki, "İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan "Xeyr” kampaniyasına qatılmayacaqlarını və digər siyasi qüvvələrə də eyni şeyi tövsiyə etdiklərini açıqlayıb”, - deyə nəşr yazır.
Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan öz "Facebook” səhifəsində yazıb ki, referenduma da xələl gətirilib. Hakimiyyət tərəfindən nikbinlik üçün nə qədər narkotik vurulsa da, uğursuzluq qaçılmazdır. O qeyd edib ki, Paşinyanın Konstitusiya Məhkəməsini ələ keçirmək planları işə yaramayıb. "37-ci ildə baş verən hadisədir. Məktəb müəllimi direktor olmaq istəyir, zarafatla yazır ki, direktor əks-inqilabi qrup yaradıb, direktoru bir neçə müəllimlə birlikdə aparıb güllələyirlər.
Paşinyan da, həmçinin Konstitusiya Məhkəməsini ələ keçirmək üçün KM sədrinə qarşı qurma cinayət işləri qaldırdı, amma nəticə vermədi, indi 37-ci il deyil, vəkil tutmaq hüququ və beynəlxalq strukturların iştirakı var, asan bir şəkildə cinayət işi qurması həyata keçirə bilməzsiniz. Başqa yol yox idi, yalnız KM üzərinə adam gətirmək qalmışdı. Keçən il izdihamı apardı, KM qapılarını, girişlərini mühasirəyə aldı, amma yenə də alınmadı. İndi isə adını referendum qoyaraq başqa bir izdiham aparır. Beləliklə, Konstitusiya Məhkəməsinin oturacaqlarında öz adamlarını, oyuncaqlarını oturtmaq üçün daha bir demokratik vasitə, yəni referendum dəyərdən salınır. Saxtakarlıq və ya axmaqlıq olan yerdə nikbinlik axtarmaq mümkün deyil. Reallıq Paşinyanın uğursuz olacağını, həm də dəhşətli dərəcədə uğursuz olacağını proqnozlaşdırır” - deyə İşxanyan bildirib.
Azər
banner

Oxşar Xəbərlər