AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti

Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti

Siyasət
02 Dekabr 2020, 15:39 233

Noyabrın 10-da Qarabağla bağlı əldə olunmuş razılaşma regionda uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcək.
Trend-in məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclası zamanı deyib.
O bildirib ki, bu razılaşma tarixi sənəddir:
"Prezident Vladimir Putinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı vasitəçiliyi yüksək qiymətə layiqdir. Rusiyanın fəal iştirakı ilə əldə olunmuş razılaşma yaranmış vəziyyətdə yeganə düzgün həll yolu idi”.