Prodüserin evini qarət ediblər

Prodüserin evini qarət ediblər

Mədəniyyət
03 Sentyabr 2015, 14:07 2031
Azərbaycanın tanınmış prodüserinin evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, avqustun 17-də Roland Bayramovun evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Masazır qəsəbə sakini Aysel Abdullayeva tutulub.

Qeyd edək ki, R. Bayramov prodüserliklə məşğul olur.