AZE | RUS | ENG |


"Prezidentin xaricdəki soydaşlarımızla bağlı mövqeyi birmənalıdır" - Əli Həsənov

"Dünən cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı təbrik edərək, onların  hər birinə firavan həyat və işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından  asılı olmayaraq,  həmvətənlərimizə həmişə xüsusi diqqət yetirib, onların səmərəli  fəaliyyətini yüksək qiymətləndirib". Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Ə.Həsənov xatırladıb ki, ümummilli  lider Heydər Əliyev hələ 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında xaricdə yaşayan soydaşlarımıza müraciət edərək deyib: "Azərbaycanda biz sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik. Sizin hər birinizə işlədiyiniz sahədə, gördüyünüz işdə, yaşadığınız yerlərdə uğurlar arzulayıram. Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram”.
 
Ə.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev də ümummilli liderin xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirdiyi siyasətə həmişə sadiqliyini nümayiş etdirir və  həmvətənlərimizlə bağlı məsələlərə prinsipial şəkildə yanaşaraq  onları  daim diqqət mərkəzində saxlayır: "Cənab Prezident  Dünya Azərbaycanlılarının II  Qurultayındakı çıxışında qeyd edib ki, dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Prezident qeyd edib ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır: "Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər”.
 
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla  bağlı mövqeyi birmənalıdır və bu yanaşmada  həmvətənlərimizin  fəaliyyətinə yüksək qiymət öz əksini tapıb: " Ona görə də hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub fərdi mövqeyini ifadə edir və bununla bağlı  məsuliyyəti də  bilavasitə o, özü daşıyır".
 
Ə. Həsənov xaricdə yaşayan soydaşlarımızı qarşıdan gələn həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib,  onlara cansağlığı, xoşbəxtlik  və səadət arzulayıb.
 
Qeyd edək ki, Milli Məclis üzvü Astan Şahverdiyevin xaricdə yaşayan azərbaycanlılar barədə işlətdiyi ifadələr narazılıq doğurub və sosial şəbəkələrdə aktiv müzakirə olunmaqdadır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6580
GBP 1 İngilis funt sterlinqi 2.1594
TRY 1 Türk lirəsi 0.4777
KWD 1 Küveyt dinarı 5.6845
SEK 1 İsveç kronu 0.1936
EUR 1 Avro 1.8361
CHF 1 İsveçrə frankı 1.7253
USD 1 ABŞ dolları 1.7352