• cümə axşamı, 25 aprel, 08:40
  • Baku Bakı 14°C

Prezidentin köməkçisi: “Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”

30.06.20 19:32 575
Prezidentin köməkçisi: “Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”
"Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, bəzi insanlar məsuliyyətsiz davranışla özlərini aldadırlar: "Həmin insanlar ilk növbədə ailələrini yoluxdura bilərlər”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, media koronavirus pandemiyası ilə bağlı cəmiyyəti məlumatlandırmaq istiqamətində dövlətlə birgədir, bu fəaliyyət təqdir olunur: "Dövlətin karantin rejimi tətbiq etməkdə məqsəd vətəndaşlarını riskdən qorumaqdır. Məsuliyyətsiz davranışa yol verənlərin qarşısını da birlikdə almalıyıq”.
banner

Oxşar Xəbərlər