• şənbə, 20 Aprel, 12:43
  • Baku Bakı 23°C

Pompeo İranı və müttəfiqlərini Bağdaddakı hərbi aviabazaya hücumda ittiham edib

14.12.19 13:06 586
Pompeo İranı və müttəfiqlərini Bağdaddakı hərbi aviabazaya hücumda ittiham edib
Cümə günü ABŞ dövlət katibi Mayk Pompeo İranı və onun müttəfiqlərini Bağdad Beynəlxalq Hava Limanına yaxın ərazidə yerləşən hərbi aviasiya bazasına hücumda ittiham edib.
APATASS-a istinadən xəbər verir ki, dövlət katibi bu barədə özünün "twitter” səhifəsində yazıb.
"Biz bu həftə Bağdad hava limanının yaxınlığında beş İraqlı əsgəri yaralayan İrana yaxın qüvvələrin hücumunu qəti şəkildə pisləyirik”. - Pompeo bildirib.
Qeyd edək ki, həftənin bazar ertəsi günü Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən bir hərbi bazanın atəşə tutulması nəticəsində azı altı hərbi qulluqçu yaralanıb.
banner

Oxşar Xəbərlər