• şənbə, 11 May, 07:29
  • Baku Bakı 12°C

Paşinyanın psixi durumunun yoxlanılması tələb edilir

13.03.20 16:01 1486
Paşinyanın psixi durumunun yoxlanılması tələb edilir
Erməni siyasiləri baş nazirin son bəyanatlarını anlamaqda çətinlik çəkirlər

Nikol Paşinyan səsləndirdiyi qalmaqallı bəyanat ilə erməni siyasi dairələrində tənqid hədəfinə çevrilib. Bəlli olduğu kimi, Ermənistanın baş naziri referendumla bağlı keçirilən təbliğat mitinqləri zamanı keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı hədəfə alıb və onları ölkənin müdafiə qabiliyyətini dağıtmaqda, ayrılan milyonlarla dollarları mənimsəməkdə ittiham edib. Nikolun qalmaqallı bəyanatında ölkənin müdafiə qabiliyyətinin heç bir tələbə cavab vermədiyi, əsgərlərin heyvan yeməyi ilə təchiz olunduqları əks olunub. Ən əsası, o, Rusiyadan alınan silahların heç nəyə dəymədiyi və yararsız olduğunu vurğulayıb. Bununla da həm də Rusiyanın ünvanına ittiham səsləndirmiş olub. Rusiya tərəfdən hələ ki, cavab mətbuatda məqalələr səviyyəsində olsa da, erməni siyasiləri sərt ittihamlar səsləndiriblər. Məsələn, erməni politoloq Suren Sarkisyan öz "Facebook” səhifəsində yazıb ki, ABŞ ordusunun arsenalında olan, 80-ci illərdə istehsal edilmiş silah növləri mütəmadi olaraq modifikasiya edilir və hələ də istifadə olunur. Paşinyanın Tatev monastrndakı çıxışına toxunan Ermənistan İslahatçılar Partiyasının rəhbəri Vahan Babayan da öz "facebook” səhifəsində yazıb ki, "ordunun alt paltarı və yeməkxanasından o tərəfə ordu barəsində xəbərsiz olan keçmiş jurnalist bu gün yenidən Serj Sarkisyanın dövründə alınmış silahları xatırlayıb. Paşinyan bildirib ki, Serj Sarkisyan hakimiyyəti 42 milyon dollar verib, silah alıb, işləmir, ümumiyyətlə heç bir şeyə yararlı deyil, sadəcə metal qırıntısıdır. Təsəvvür edirsiniz necə ciddi ittiham səsləndirir? Nikol ölkəni hara aparır? Görünür, "İsgəndər” də Çin oyuncağı olub, hə? Hətta kiçik məntiqə malik olan insan belə, bu sayıqlamaları beyninə yerləşdirə bilməz”, - deyə Babayan qeyd edib.
Başqa bir ekspert Artak Vardanyanın səsləndirdiyi ittihamlar isə daha sərt olub. O bildirib ki, baş nazir referendumda bir neçə yüz səs almaq naminə bütöv bir ölkənin təhlükəsizliyini təhlükə altına atıb. "Nikol Paşinyan bütün qırmızı xətlərə tüpürüb. Onun təbliğatı milli təhlükəsizlik məsələləri üçün təhlükəyə çevrilir. Ya da ola bilsin milli satqındır, bizimlə döyüşən ölkənin casusudur”, - deyə müstəqil bloger baş nazirin aksiyada səsləndirdiyi bəyanatı şərh edərkən bildirib. Onun sözlərinə görə, hökumət başçısı əvvəlki rəhbərlərin 42 mln. dollarlıq silah alınması zamanı korrupsiyaya yol verdiyini, ən əsası, həmin silahların dəmir tullantısı olduğunu bəyan edib. Vardanyanın qənaətincə, söylənilənlərdən sonra artıq söhbətin hansı silahlardan getdiyi vacib deyil: "Burada vacib olan başqa məsələdir. Paşinyan bir neçə yüz səsin öz referendum teatrına cəlb edilməsi üçün ölkənin təhlükəsizliyini belə zərbə altına qoymağa hazırdır. Halbuki, ölkənin təhlükəsizliyi məsələsinə cavabdeh olan birinci şəxs özüdür. Hətta o düz deyirsə belə, bunun özü dövləti cinayətdir, ölkənin müdafiə qabiliyyətinin potensialının düşmən tərəfi qarşısında faş edilməsidir. Əgər yalan deyibsə belə, bilmirəm, bunu necə ifadə etmək olar? Bunu satqınlıq və yaxud düşmən tərəfini hərbi avantüraya cəlb etməkdir”. Ekspert qeyd edib ki, zərrə qədər də şübhə etmir ki, Paşinyanın bu bəyanatına Ermənistan Respublika Partiyasının lideri Serj Sarkisyan tərəfindən cavab veriləcək. Vardanyanın qənaətincə, baş verənlərdə sonra digər müxalif siyasi partiya liderlərinin də bəyanatı olacaq. Onlar verəcəkləri birgə bəyanatda yüksək post tutan rəhbər şəxslərin psixi testlərdən keçirilməsini tələb etməlidirlər. "Ya Paşinyan psixi cəhətdən sağlam deyil və buna görə də yüksək post tuta bilməz, ya da satqın və dövləti cinayətkardır. Bu səbəbdən də dərhal təhlükəsizlik xidməti tərəfindən saxlanılmalıdır”, - deyə ekspert fikrini tamamlayıb.
Bütün bunların fonunda isə Ermənistanda Azərbaycan ordusunun hərbi təlimləri həyəcan doğurur. Ermənistanın "Milli Gündəm” Partiyasının icra katibi Ara Qasparyan Azərbaycan ordusunun həyata keçirdiyi təlimləri şərh edərkən bildirib ki, "Azərbaycanda narahat doğuran hadisələr baş verir, orada davam edən hərbi təlimlər zamanı Azərbaycan hərbi birləşmələrinin yerləşməsi dəyişib, onlar əməliyyat əhəmiyyətli rayonlara çıxarılıb, aviasiya ehtiyat hava limanlarına gətirilib, artilleriya qoşunları yeni atəş nöqtələrinə tərəf önə çıxarılıb”. Qasparyan qeyd edib ki, Azərbaycanın hərbi təlimləri istənilən an geniş miqyaslı hərbi əməliyyatlara çevrilə bilər. "Bunlar diqqətlə izləməli olduğumuz narahatlıqverici ordu inkişaflarıdır, çünki diversiya aktivliyi də gərginləşə bilər. Sərhədimizdən o tərəfə bu cür hadisələr baş verir, biz isə başqa işlə məşğuluq. Baş nazir buklet paylamaqla yox, ölkəni müharibəyə hazırlamaqla məşğul olmalıdır”, - deyə o bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər