• cümə axşamı, 18 aprel, 21:44
  • Baku Bakı 21°C

Pandemiyadan zərərçəkmiş sahələrdə çalışanlar ödəmələr üçün bu formada onlayn müraciət etməlidirlər - Təlimat

10.04.20 12:21 619
Pandemiyadan zərərçəkmiş sahələrdə çalışanlar ödəmələr üçün bu formada onlayn müraciət etməlidirlər - Təlimat
Pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi məqsədilə onlayn müraciətin tərtib olunması qaydası açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, pandemiyadan zərərçəkmiş sahələrdə 300 min nəfər əmək müqaviləsi olan muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Mexanizm çərçivəsində vergiödəyicilərinin işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək. Bu məqsədlə qeydiyyatda olan bütün vergiödəyicilərinin şəxsi elektron kabinetlərinə (www.e-taxes.gov.az) "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.
Vergiödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən "Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdır.
banner

Oxşar Xəbərlər