AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pakistan işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır

Pakistan işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır

Siyasət
10 Aprel 2020, 12:37 198
2020-ci il marıtn 31-də işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident və parlament seçkiləri” beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq-aşkar pozulması deməkdir.
Trend-in məlumatına görə, bunu Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aişə Faruki brifinq zamanı deyib.
O bildirib ki, bu addım Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yollarının axtarışı üzrə danışıqlar prosesinə mane olmaq cəhdi kimi qiymətləndirilir.
Xatırladaq ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.